Astragalus pinetorum subsp. declinatus (lat. Astragalus pinetorum subsp. declinatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinin astragalus pinetorum növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR A2c+3c; B1ac(i)+2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür.
Astragalus pinetorum subsp. declinatus | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Yarımnöv: Astragalus pinetorum subsp. declinatus |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Hündürlüyü 30 sm-ə qədər, gövdəsiz, ağ tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları ellipsvari və ya neştərşəkillidir, yarpaqcıqları hər iki tərəfdən sıx olmayan tükcüklüdür, uc hissəsi sivriləşmişdir. Tacı sarı rəngdədir, nəzərə çarpacaq dərəcədə kasacıqdan uzundur, qanadı enlidir, tərs-yumurtaşəkillidir, uc hissəsi oyuqludur. Yumurtalığı və dişiciyi sıx ağ tükcüklərlə örtülüdür.
Çiçəkləmə aprel-may, meyvəvermə iyun aylarına təsadüf edir. Mezokserofitdir. Orta dağ qurşaqlarınadək, otlu-daşlı yamaclarda rast gəlinir.
Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Badamlı kəndi, Küküdağ ətrafı).
İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır. Məhdud ərazilərdə az saylı olduğundan davamlı azaldığından (90%) ehtiyatı yoxdur.
Növ sayının, populyasiyanın azlığı, ekoloji, zoogen və antropogen amillərin məhdudlaşdırıcı təsiri hesab edilir.
Təbiətdəki vəziyyəti böhranlı həddə çatmış və nəslinin kəsilmə ehtimalı olan növ kimi yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və qorunması üçün müvafiq tədbirlər görülməlidir.