Azərbaycan Xalq Cümhuriyyəti İnformasiya şöbəsi

Azərbaycan Xalq Cümhuriyyəti İnformasiya şöbəsi, Əksinqilabla mübarizə təşkilatı ləğv edildikdən sonra yaradılan təşkilat.[1]

ƏMT-nin ləğvindən sonra Bakıda və onun ətrafında əks-kəşfiyyatı Bakı general-qubernatorluğunun tərkibində yaradılmış informasiya şöbəsi təmin etmişdir. ƏMT-nin təhqiqat, müşahidə, axtarış, həbs və s. Funksiyaları general-qubernatorun göstərişi ilə informasiya şöbəsinə verilmişdi.[2] İnformasiya şöbəsinə Ələkbər xan Şahsuvarov rəhbərlik edirdi. Həsən bəy Fətəlibəyov rəisin köməkçisi, türk ordusunun polkovniki rütbəsini daşıyan Cəmil bəy xüsusi tapşırıqları yerinə yetirməklə yanaşı, rəisin köməkçisi idi.[2]

İnformasiya şöbəsi əməkdaşları başda Ələkbər xan olmaqla, bir sıra əhəmiyyətli əməliyyatlar həyata keçirmişdilər. 1920-ci ilin aprelində Balaxanıda pozuculuq işi aparan 22 nəfər bolşevikin həbs edilməsi böyük əks-səda doğurmuşdu.[3]

  1. Ataxan Paşayev, Açılmamış səhifələrin izi ilə, Bakı,2001.
  2. 1 2 Elşad Qoca- Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları (1918–1920), Bakı, 2000
  3. Elşad Qoca, Tariximiz, taleyimiz, Bakı, 2001