Başkənd məbədi (Dərələyəz) — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonunun Başkənd (10.09.1946-cı ildən — Vernaşen) kəndindən 7 km şimalda yerləşən alban-türk xristian abidəsidir.
Başkənd məbədi | |
---|---|
39°49′47″ şm. e. 45°21′52″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Ortakənd[1] |
Tikilmə tarixi | XIV əsr |
Vikianbarda əlaqəli mediafayllar |
Bu günbəzli məbəd ağ şümşad daşlarla hörülmüşdü. Buna görə də XIX əsrdən bura köçən ermənilər onu Spitakavor (spitak — ermənicə "ağ" deməkdir) adlandırmışlar. XIX yüzilin sonlarında abidəyə gələn ingilis səyyahı A. Berje yazır ki, "çoxlu bəzəklərə malik" bu məbəd yerli müsəlmanlar tərəfindən Gülvəng adlandırılır. Məbədin divarlarında Azərbaycan tarixinin XIII–XIV əsrlərinə aid yazılar və təsvirlər vardır. Qədimdən Türk-Oğuz boylarının yurdu hesab olunan Başkənd kəndinə1828–1829-cu illərdə İrandan ermənilər (16 ailədə 91 nəfər) köçürülüb gətirilmişlər.[2]