Balaxanıda neft fontanı

1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı ― rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Film Azərbaycan kinosu tarixində çəkilmiş ilk filmlərdən biridir. Kinosüjetdə Balaxanı mədənlərinin birində neft quyusunun fontan vurması əks olunmuşdur.[1]

1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı
rus. Нефтяной фонтан на промысле Балаханы
fr. Puits de pétrole à Bakou. Vue de près
Janr sənədli
qısametrajlı
Rejissor Aleksandr Mişon
Prodüser
Ssenari müəllifi
Operator Aleksandr Mişon
İlk baxış tarixi 6 avqust 1898
Filmin növü qısametrajlı sənədli film
Müddət 43 san.
Ölkələr  Rusiya İmperiyası
Dil səssiz
Texniki məlumatlar 1 hissə
Rəng ağ-qara
Çəkiliş yeri Bakı
IMDb ID1440125
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sujetdəki quyunun Balaxanı ərazindəki “21060” nömrəli quyu olduğu iddia olunur. Sözügedən quyu 1898-ci ilin noyabr ayında VI horizontdan sutkalıq 11 ton neft hasilatı ilə istismara verilmişdir və hələ də istismar olunur.[2]

Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Bibiheybətdə neft fontanı yanğını", Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi, "Qafqaz rəqsi", "İlişdin" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır. 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə bu kinosüjetlərdən ikisinin surətləri — "Bibiheybətdə neft fontanı yanğını" və "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılır.[1]

  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.7.
  2. "21060-cı: Balaxanıdakı yaşı yüzü keçən quyunun sirri – REPORTAJ + FOTO". Oxu.az. 10 noyabr 2022. 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
  • Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10–11.