Bibiheybətdə neft fontanı yanğını — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon[1] tərəfindən 1898-ci ildə çəkilmişdir.[2] Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir.
Bibiheybətdə neft fontanı yanğını | |
---|---|
Janr | sənədli film, səssiz film |
Rejissor | Aleksandr Mişon |
Prodüser | |
Ssenari müəllifi | |
Operator | Aleksandr Mişon |
İlk baxış tarixi | 6 avqust 1898 |
Filmin digər adı | 1898-ci il iyulun 27-də Bibiheybətdə neft fontanı yanğını |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 49 saniyə |
Ölkə | Azərbaycan |
Dil | səssiz |
Texniki məlumatlar | 1 hissə |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
IMDb | ID1440131 |
İyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y. V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır.[3]
Bütün bu dəhşətli hadisə kinosüjetdə öz əksini tapmışdır. Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir.[3]