Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Bir rəssamın portreti" sənədli filmi Azərbaycanın Xalq Rəssamı, unudulmaz Mir Nadir Zeynalovun xatirəsinə həsr olunmuşdur.
Bir rəssamın portreti - Mir Nadir | |
---|---|
Janr |
qısametrajlı sənədli bioqrafik |
Rejissor | Mübariz Nağıyev |
Prodüser | Şirin Məlikova |
İcraçı prodüser | Ramil Zeynalov |
Ssenari müəllifi | Şirin Məlikova |
Operator | Fahir İmamquliyev |
İstehsalçı | MN™ Yaradıcılıq Emalatxanası |
İlk baxış tarixi | 27 noyabr 2021 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 29 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2021 |
Texniki məlumatlar | 3 hissə |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Bakı Abadlıq Xidmətinin maliyyə dəstəyi ilə istehsal olunmuş filmin çəkilişləri rəssamın ölümündən bir neçə ay əvvəl lentə alınıb.
Film Mir Nadir Zeynalov haqqında çəkilmiş yeganə filmdir və mərhum sənətkar filmin ilkin versiyasını görə bildi.
Filmdə rəssamın həyatının bir günü təsvir olunur. Ekranda göstərilən fotoları belə qəhrəman özü seçib. Tamaşaçı onun emalatxanasına daxil olur, iş prosesini müşahidə edir və onun xatirələrini, habelə həyat və sənət haqqındakı fikirlərini eşidir. O, uşaqlığından, gəncliyindən, məhəbbətindən, sənət dostlarından – Qorxmaz Əfəndiyev və Cavad Mircavadovdan danışır, gənclik arzusunun yerinə yetməsindən – Şimal Qütbünə səyahətindən söhbət açır, yaradıcılığında xüsusi yer tutan Qala kəndinin küçələri ilə gəzir.