Byuik- Buick — ABŞ avtomobil markası.
Buick | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | ictimai şirkət |
Sənaye | avtomobil sənayesi |
Məhsulu | avtomobil |
Təsis tarixi | 1899[1] |
Baş qərargahın yeri | |
buick.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Güman olunur ki, "Buick" adı Azərbaycanca "buruq" deməkdir. Bu markalı maşınlar benzini çox işlətdiyi üçün firmanın adını "neft buruğu", sonralar isə sadəcə "buruq" adlandırıblar.
"Byuik" firmasının ("Buick Motor Car Company") əsasını 1902-ci ildə amerikalı mühəndis Devid Danbar Byuik qoymuşdur (Miçiqan ştatı, Flint şəhəri). Onun konstruksiya etdiyi ilk avtomobil 1903-cü ildə buraxılmışdır. Firma 1908-ci ildə "General Motors" konserni ilə birləşmişdir.[2]
4 silindrli (1908-ci ildən), 6 silindrli (1914-cü ildən) və 8 silindrli (1931-ci ildən) mühərriki olan avtomobillər istehsal etmişdir. Mühərrikinin işçi həcmi 1,8–5 l, gücü 63–200 kVt, maks. sürəti 160–220 km/saat-dır. 2008-ci ildən daha çox "Buick Enclave", "Buick La Crosse", "Buick Lucerne" modelləri istehsal edilir.[2]