Ceyhun Musaoğlu

Ceyhun Musa oğlu Musayev (5 mart 1975, Zəngilan rayonu) — Azərbaycan jurnalisti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun keçmiş mətbuat katibi[1][2] və Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun rəhbəri, Jurnalist Ekspert Mərkəzinin sədri, "Rupor.az" xəbər portalının baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü.[3]

Ceyhun Musaoğlu
Doğum tarixi 5 mart 1975(1975-03-05) (48 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti jurnalist
Mükafatları "Tərəqqi" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Ceyhun Musayev 1975-ci il martın 5-də Azərbaycanın Zəngilan rayonunda doğulub[4][5]. 1981-ci ildən 1991-ci ilə qədər Abşeron rayon, Mehdiabad qəsəbəsinin 1 saylı orta məktəbində təhsil alıb. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsi|Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsinə daxil olub. 1993-cü ildən 1997-ci ilə qədər Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib. 1998-ci ildən Akademiyadakı təhsilini davam etdirib və 2001-ci ildə ali məktəbi bitirib. Ural Federal Universitetində "Regionşünaslıq" ixtisası üzrə magistr pilləsində oxuyub. Ailəlidir, bir övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1997-ci ildən dövrü mətbuatda çalışır. "Günaydın", "Yeni Zaman", "Politika", "Gələcək", "Yeni Günaydın" qəzetləri ilə əməkdaşlıq etməklə yanaşı, 1998-ci ildə "Ədalət" qəzetinə şöbə müdiri təyin olunub.
  • 1998–2010-cu illərdə "Ədalət" qəzetində "Xəbərlər" şöbəsinin müdiri, 2010–2014-cü illərdə baş redaktorun müavini vəzifələrində çalışıb. Paralel olaraq redaktor kimi, 2006–2008-ci ilərdə "Alma", 2014–2017-ci illərdə "Azerfaks.az" saytı ilə əməkdaşlıq edib. Bu saytı yaradanlardan biri olub.
  • Müxtəlif tanınmış saytlarda, əsasən "Azerfaks.az", "Qafqazinfo".az və "Aznews.az" xəbər portallarında köşə yazıları ilə çıxış edib.
  • 2006–2007-ci illərdə "RUH" Jurnalistlərin Müdafiə Komitəsi, Azərbaycan Jurnalistlər Birliyi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Demokratik Jurnalistlər Liqasının təşkilatçılığı ilə yazılı mətbuatın monitorinqini aparan qrupun tərkibində fəaliyyət göstərib.
  • 2014-cü ildən - 2018-ci ilə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İnformasiya təminatı sektoru"nda baş məsləhətçi — mətbuat katibi, Azerfaks.az saytının redaktoru vəzifələrini icra edib.

Uğurları[redaktə | mənbəni redaktə et]

  • 2005 və 2020-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə 45 sayl Abşeron rayon Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. 2020-ci ildə MSK-nın rəsmi təsdiqlədiyi nəticələrə görə, ən çox səs toplayan ikinci şəxs olub.
  • 2008-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyi, "RUH" Jurnalistləri Müdafiə Komitəsi, Demokratik Jurnalistlər Liqasının təsis etdiyi "Media Açarı" mükafatının publisistika janrı üzrə qalibi olub.
  • Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist müsabiqələrində 5 dəfə iştirak edib, 4 dəfə — 22 iyul 2010-cu il – "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi", 29 dekabr 2010-cu il – "Ekologiya və ətraf mühitin mühafizəsi", 27 dekabr 2012-ci il – "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi", 24 dekabr 2013-cü il – "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" yazılarıma görə, birinci yerə layiq görülüb.
  • 2010-cu ildə Azərbaycan Mətbuat Şurası, Xocalı Soyqırımını Dünyaya Tanıtma İctimai Birliyi və "Azərsun Holdinq" MMC-nin birgə təşkilatçılığı ilə "Qarabağ mövzusu və Xocalı soyqırımının mediada təbliğinə dəstək" mövzusunda keçirilən müsabiqədə "Hər yer Xocalı, hər gün işğal" yazısına görə, ikinci yer tutub.
  • 2011-ci ildə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyini (JEM) təsis edib[6], İctimai Birlik həmin il Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. 2013−2015, 2015–2017-ci illərdə JEM-in sədri seçilib. Mərkəz "İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması" (MSŞA) QHT Koalisiyasının, Azərbaycan Mətbuat Şurasının "Reket Jurnalistikaya" qarşı mübarizə Komissiyasının üzvü, Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təsisçilərindəndir.[7]
  • JEM Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "2012-ci ildə "Beyin mərkəzlərinin bir araya gətirilməsi", 2013-cü ildə "İmtiyazlı təbəqənin problemlərinin mətbuata çıxarılmadan həllinə dəstək", 2014-cü ildə "Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq" (ingilis dilində kitab hazırlamaq), 2015-ci ildə "DİQQƏT! Düşmən mətbuatıdır", 2016-cı ildə "Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi", "Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi"[8], 2018-ci ildə "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" - jurnalistlər üçün məlumat kitabçasının nəşri, 2020-ci ildə "Vətəni sevmək onu qorumaqdan, qorumaq onu sevməkdən keçir", 2022-ci ildə "Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir" - verilişlərin hazırlanması layihələrini həyata keçirib. Təşkilat "Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq" (ingilis dilində kitab hazırlamaq) layihəsinin uğurlu nəticəsinə görə, QHT Şurası tərəfindən Fəxri Fərman alıb.[9] "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq"[10] layihəsi də təşəkkürnaməyə layiq görüıüb. [11]
  • JEM Azərbaycan dövlətçiliyinə və cəmiyyətin inkişafına qarşı qərəz nümayiş etdirən beynəlxalq təşkilatların yanlış arqumentlərinə qarşı xarici dillərdə dəfələrlə cavab xarakterli bəyanatlarla, böhtanlara münasibətdə barışmaz mövqe sərgiləyib, bu missiyasını uğurla davam etdirir.
  • 2012-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Azərbaycan Həmkarlar İttifaqlarının həyatından bəhs edən ən yaxşı yazı, tele-radio süjeti" respublika müsabiqəsində "Haqqın keşikçiləri – Həmkarlar təşkilatları" yazısına görə, ikinci yer, 2014-cü ildə ATƏT-in Layihə Əlaqələndiricisinin dəstəyi ilə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası "Qanununun təbliğ olunması" mövzusunda keçirilən müsabiqədə "Qadın cahilliyindən doğan məişət kişiliyi" yazısına görə, birinci yerlə mükafatlanıb.
  • 2020-ci ildən "Rupor.az" xəbər portalının baş redaktorudur.[12]
  • Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafındakı xidmətlərimə görə "Tərəqqi" medalına layiq görülüb.[13]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ceyhun Musaoğlu Bilik Fondunun mətbuat katibi təyin edilib". musavat.com. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avq 2022.
  2. "Ceyhun Musaoğlu: "Bilik Fondu layihələrinin əhatəsini hər gün genişləndirir"". bilikfondu.gov.az. 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avq 2022.
  3. "Mətbuat Şurasının yeni sədri və İdarə Heyətinin 23 üzvü seçildi". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  4. "Jurnalist Ceyhun Musaoğlu viran qalmış doğulduğu evdə dilə gəlməyən hisslər yaşadı". rupor.az. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avq 2022.
  5. "Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu Zəngilan barəsində müsahibəsi". www.youtube.com. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avq 2022.
  6. "Ceyhun Musaoğlu – "Jurnalist Ekspert Mərkəzi" İctimai Birliyi". ogp.org.az. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avq 2022.
  7. "Jurnalist Ekspert Mərkəzinin rəhbəri tələbələrlə görüşüb". sitat.news. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avq 2022.
  8. "JEM-in layihələri". medeniyyet.az. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avq 2022.
  9. "Jurnalist Ekspert Mərkəzi alimlərlə "Dəyirmi masa"lar keçirir". 7news.az. İstifadə tarixi: 29 avq 2022.[ölü keçid]
  10. ""Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" kitabçası jurnalistlərə hədiyyə edilir". sesqazeti.az. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avq 2022.
  11. ""Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsi". azvision.az. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avq 2022.
  12. "Jurnalist Ekspert Mərkəzinin sədri". www.aznews.az. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avq 2022.
  13. "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avq 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

(#empty_citation)