Dəniz qoyunu

Dəniz Qoyunu — Costasiella kuroshimae və ya yarpaq ilbizi. Baxdıqda qoyunu xatırlatdığına görə "Dəniz Qoyunu" adlandırılır. Yaşıl, yosun yediyinə görə də "Dəniz Qoyunu" adlandırılıb. Dəniz ilbizinin bir növüdür.1993-cü ildə Yaponiyanın Kuroşima adasının sahillərində kəşf edilib. Adətən Kuroşima adası, Yaponiya, İndoneziyaFilippin sahillərində yaşayır. Uzunluğu təxminən 5 mm-dən 1sm-ə bərabərdir. Tropik iqlimdə yaşayırlar. Onların iki tünd gözləri və başlarının yuxarı hissəsindən çıxan iki rinofor var. Ən maraqlı özəlliyi isə, yedikləri yosunların xloroplastlarını saxlamaq bacarığıdır ki, ondan da fotosintez üçün istifadə edirlər. Onlar nadir canlılardır ki, yosunları Fotosintez üçün istifadə edirlər. Dünyada bitki olmayan yeganə orqanizmlərdir ki, hələ də fotosintez apara bilirlər. Yaşıl yosunlarla qidalanaraq qidaların xloroplastlarından "Kleptoplastika" prosesi vasitəsilə enerji yaradırlar.

Dəniz qoyunu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Dəniz qoyunu
Beynəlxalq elmi adı
  • Costasiella kuroshimae

Miksotrof yolla qidalanır. Yaşıl evqlena ilə eyni qidalanma prosesinə malikdir.

Güman edilir ki, əvvəllər bu canlı Heterotrof yolla qidalanıb

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]