Daphne caucasica var. axilliflora

Qoltuqçiçək canavargiləsi (lat. Daphne axilliflora) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü.

Qoltuqçiçək canavargiləsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Rusiya (Dağıstan), Gürcüstan və Kiçik Asiyada təbii arealı vardır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Göyçay rayonunda rast gəlinir.

Azərbaycanın nadir bitkisidir.VU D2.

Tək-tək və ya qrup şəklində palıd-vələs meşələrində müşahidə edilir.

Təbii ehtiyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Təbiətdə qısaboylu, budaqlı kol bitkisidir. Budaqlarının rəngi bozumtul rəngdə olur. Canavargiləsinin yarpaqları ellipsşəkilli və ya uzunsuv neştərşəkilli olur. Yarpaqlarının uzunluğu 0,5-2 sm, eni isə 0,3-0,6 sm arasında ola bilir. Yarpaqlarının üst hissəsi seyrək tüklü, alt hissəsi isə uzunsov ağ tüklüdür. Ləçəklər ağ və ya çəhrayı rəngdə ola bilir. Bitkidə çiçəklərin sayı 3-4 arasında olmaqla zoğların uc hissəsində yerləşir. Yumurtalıqlar tükcüklü olub, uzunsovdur çəhrayı və ya qırmızı rəngdə olur. Bitki may-iyun ayları arasında çiçək açır və avqust ayında meyvə verir.

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Daphne caucasica subsp. axilliflora (Keissl.) Halda
  • Daphne caucasica var. axilliflora Keissl.