Daqqa papaq — Dəridən tikilmiş hündür papaq.[1] Papağın sağanağı qaragül dərisindən, üst qapağı isə mahuddan tikilirdi. Bəzi bölgələrdə ona "üstlü", yaxud "qapaqlı" papaq da deyilirdi. Ümumiyyətlə, qaragül dərisindən tikilən sağanaqlı papaqların hamısı "börk" və ya "sür papaq" adlanardı.