Ekssudativ iltihab

Ekssudativ iltihabİltihab ocağında ekssudatın (iltihabi maye) əmələ gəlməsi ilə müşayiət olunur. İltihab ocağında əsasən neytrofillər müşahidə edilir. Ekssudativ iltihabın bir neçə növü vardır: 1)Seroz ekssudativ iltihab-bu zaman iltihab mayesi ən duru formada olur və tərkibində 2–8% zülal olur. İkinci dərəcəli yanıqlar zamanı dəridə suluqların əmələ gəlməsi buna aiddir. 2)Fibrinoz ekssudativ iltihab-ekssudatın tərkibində çoxlu miqdarda fibrin telləri müşahidə olunur və bu zaman ərp əmələ gəlir. İki növü məlumdur: a)Krupoz fibrinoz iltihab-təkqatlı epitel nahiyəsində əmələ gəlir. Bu zaman əmələ gələn ərp nazik olur və asanlıqla qopur, qanaxma baş vermir. Krupoz pnevmoniyasında, difteriyanın yuxarı tənəffüs yolları formasında rast gəlinir. b)Difteritik fibrinoz iltihab-çoxqatlı epitel nahiyəsində əmələ gəlir. Bu zaman əmələ gələn ərp qalın olur və qopma zamanı qanaxma baş verir. Dizenteriya zamanı yoğun bağırsaqda, difteriyanın əsnək formasında müşahidə edilir. 3)Hemorragik ekssudativ iltihab-ekssudatın tərkibində çoxlu miqdarda eritrosit olur. 4)Qanqrenoz ekssudativ iltihab 5)Kataral ekssudativ iltihab-selikli qişalarda müşahidə edilir. Məsələn: kataral rinit, kataral tonzilit 6)İrinli ekssudativ iltihab-2 növü var: a)Abses-yerli irinli iltihabdır. b)Fleqmona-yayılmış irinli iltihabdır. 7)Çürüntülü(ixoroz) ekssudativ iltihab-anaeorob mikroorqanizmlərin üstün olması nəticəsində yaranır. 8)Qarışıq ekssudativ iltihab.[1]

  1. Ə.B.Həsənov. Patoloji anatomiya.