Eldar Vəliyev

Eldar Vəliyev (24 yanvar 1951, Laçın) — Xarkov Akademiyasının Akademiki.

Eldar Vəliyev
Eldar İsmayıl oğlu Vəliyev
Doğum tarixi (73 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı  Ukrayna
Elm sahəsi tətbiqi radioelektronika
Elmi dərəcələri elmlər doktoru,
Elmi adı Akademik
İş yeri Национальный технический университет "Харьковский политехнический институт"
Alma-mater Bakı Dövlət Universiteti
Təhsili fizika-riyaziyyat fakultəsi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2011
www.eveliev.com

Eldar İsmayıl oğlu Vəliyev 24 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Əslən Laçın rayonunun Piçənis kəndindəndir. 

Fizika — riyaziyyat elmləri doktoru, Tətbiqi Elektronika Akademiyasının akademiki, əməkdar elim xadimidir.

1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (S. M. Kirov adına) Fizika fakültəsini bitirib.

1973-cü ildən 1976-cı illərdə Radio Fizika və Elektronika İnstitutunun (Ukrayna SSRİ Elmlər Akademiyası (Xarkov)) aspirantı olmuşdur.

1977-ci ildə fiziki- riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya radio fizika ixtisas üzrə elmi işini müdafiə etmişdir (Xarkov).

1988-ci ildə fizika- riyaziyya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir (ixtisas radio fizika).

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]
  • Elektrodinamika sərhəd problemləri. 
  • Elektromaqnit sahə nəzəriyyəsi.
  • Difraksiya nəzəriyyəsi.
  • İnteqral tənliklər həlli üçün ədədi və analitik üsullar.

Eldar Vəliyev 1973-cü ildən 1976-cı ilə qədər aspirant, 1977-ci ildən 1980-ci ilə qədər kiçik elmi işçi kimi çalışmışdır. 1980-ci ildən 1988-ci ilə qədər baş elmi işçi, 1988-ci ildən 2008-ci ilə qədər aparıcı elmi işçi olarak Ukrayna Elmlər Akademiyasının Radio Fizika və Elektronika İnstitutununda (Xarkov) calısmısdır.

Eldar Vəliyev 20 ilddən çoxdur ki, Beynəlxalq elmi konfrans olan "Elektromaqnit nəzəriyyəsidə Riyazi metodlar" (MMET)" təşkilat komitəsinin sədridir. Bu nüfuzlu beynəlxalq tədbirin yaranması və inkişaf tarixi Eldar Vəliyevin adı ilə bağlıdır. Bu konfrans bir mötəbər URSI (Radio Engineers, ABŞ) Beynəlxalq Birliyin siyahısına daxil edilib.

1997-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən ilin adamı elan edilib və 1999-cu ildə o, İEEE (Radio Engineers) Beynəlxalq İnstitutunun (ABŞ) baş üzvü seçilib.

2008-ci ildən 2012-ci ilə qədər Əsas Kimya Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru (NIOCHIM, Xarkov,) olaraq çalısmısdır.

2012-ci ildə Bələdiyyə İqtisadiyyatı Milli Akademiyasında (Xarkov) təlim, ixtisasartırma və Uzaqdan Təhsil Mərkəzinin direktoru olmuşdur.

2016 Ukrayna Milli Texniki Universiteti "Xarkov Politexnik İnstitutu" (NTU "KPI") da Uzaqdan Təhsil Mərkəzinin rəhbəridir.

11 may 2016-cı ildən Ukrayna Milli Texniki Universiteti "Xarkov Politexnik İnstitutu" (NTU "KPI") elmi və pedaqoji işləri üzrə prorektorudur.

Eldar Vəliyev aparıcı milli və beynəlxalq jurnallarda 150-dən çox nəşr edilmiş orijinal elmi məqalə müəllifi və həmmüəllifidir. YaponiyaAvropada nəşr olunan 3 kitab həmmüəllifidir.

7 elmlər namizədi və bir elmlər doktoru yetişdirmişdir.

2000-ci ildən Tətbiqi Radio Electronika Akademiyasının akademikidir (Xarkov, Ukrayna).

2011-ci ildən Təbii Avropa Elmlər Akademiyasının həqiqi üzvüdür (akademik) (Almaniya).

2011-ci ildən Azərbaycanın əməkdar elim xadimidir.

Eldar Vəliyev "Vətən Ovladı" (Dədə Qorqud Fondu, 2011-ci il Bakı), Tətbiqi Radio Electronics Akademiyasının Qızıl medalına (Xarkov, 2011) layiq görülmüşdür.

1990–2010 illərdə bir çox ölkələrin universitetlərinə professor olaraq dəvət edilmişdir.

— Chou Universiteti, Tokio, Yaponiya (1991, 1992, 1999, 2009 illər)

Osaka Electro-kommunikasiya Universiteti, Yaponiya (1995)

— Pennsylvania Universiteti, Filadelfiya, ABŞ (2002).

— Chukurva Universiteti, Adana, (1992-ci ildən 1995-ci ilə qədər) Türkiyə.[1].

  1. "Official site. Biography" (PDF). 2017-02-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-01-11.