Ermistu (est. Ermistu järv) – Estoniyanın cənub-qərbində yerləşən göl. Digər adı Tıstamaadır. İnzibati baxımdan göl Ermistu kəndinin ərazisinə aiddir.
Ermistu | |
---|---|
est. Ermistu järv | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 29 m |
Eni | 1750 km |
Uzunluğu | 4070 km |
Sahil uzunluğu | 21 779 km |
Sahəsi | 454,3 km² |
Dərin yeri | 2,9 m |
Orta dərinliyi | 1,3 m |
Yerləşməsi | |
58°22′ şm. e. 23°58′ ş. u.HGYO | |
Ölkə | Estoniya |
Region | |
Rayon |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ermistu Zaxidnoeston hövzəsinin Pyarnumaa subhövzəsinə daxildir.
Gölün şərq sahilində Ermistu kəndi, cənubunda isə Tıstamaa qəsəbəsi yerləşir.
Su hövzəsinin akvatoriyası Tiqela-Ermistu yasaqlığına aiddir (Tõhela-Ermistu hoiuala). Göldə berqutların daima yaşama ərazisi qorunur.
Ümumi sahəsi 454,3 ha(Sahəsinə görə Estoniyanın 9-cu böyük gölü), göldə olan 14 adanın ümumi sahəsi 4,8 ha-dır. Uzunluğu −4 070 m, eni- 1750 m olan gölün ən dərin yeri 2,9 m-dir[1]. Orta dərinlik isə 1,3 m-dir. Sahil xətlərinin uzunluğu 21 779 m, su toplayıcı hövzənin sahəsi isə 32,3 km²-dir[2].
Ermistunun suyu mülayim coddur. Limnologiya baxımdan göl saprofitli göllər tipinə daxildir.
Gölün sahili alçaq və parçalanmı formadadır. Sahil illi və torflu tərkiblidir. Şərq sahili nisbətən qumludur. Gölün dibi şərdə qumlu, şimalda qayalı, mərkəzdə isə gillidir. Göldə təxminən 6 milyon m³ sapropel toplanıb (gübrə və müalicə məqsədi ilə istifadə olunur). Gölün dərinliyi tədricən artır. Ən dərin hissə qərb və şərq hissəsidir. Göldə bir çox torflu adalar formalaşıb. Ermistunun şimal hissəsində Qayalı ada yerləşir (Kivissaar). Gölün cənub hissəsindən Tıstamaa çayı çıxır (Tõstama jõgi).
Göldə suyun rəngi sarı rəngdən yaşıl-sarıya qədər dəyişə bilir. Şəffaflıq — 0,8–2,5 m-dir. Yay zamanı gölün suyu qızaraq yaxşı qarışır, qışda isə əksinə soyuq olduğundan oksigen çatişmamazlığı qeydə alınır.
Göl zəngin balıq ehtiyatına malikdir: çapaq, durna balığı, okun, lilbalıq, elektrik ilan balığı və s. Ermistu bir çox quşların yaşayış məkanıdır: adi susüpürən, yaşılbaş ördək, fitçalan ördək, kəkilli qaraördək, böyük pazdimdik, uzunburun pazdimdik, fısıldayan qu quşu.