Esmorqa (qalis. Esmorga) — İkinci dünya müharibəsindən sonra Qalisiya ədəbiyyatında ən əhəmiyyətli roman. 1959-cu ildə Buenos-Ayresdə, 1970-ci ildə Qalisiyada nəşr olunan bur roman yazıçı Eduardo Blanko Amor tərəfindən yazılmışdır. Ədəbi təsiri gələcək nəsil üzərində böyük əhəmiyyəti olmuşdur. Roman haqqında film də çəkilmişdir.
Esmorqa | |
---|---|
A esmorga | |
Müəllif | Eduardo Blanko Amor |
Orijinalın dili | Qalisiya dili |
Ölkələr | |
Orijinalın nəşr ili | 1959 |
Nəşriyyat |
Editorial Citania (Buenos Ayres) Editorial Galaxia (Galisiya) |
Vikianbarda əlaqəli mediafayllar |
Esmorqa romanı 3 personajdan bəhs edir. Aladi Milomen və Xansino Bokasın ölümü, Sibran Kastisonun hadisələri təsvir etməsi ilə başa çatır. Əslində hekayəyə hakim olan, onu danışan Sibrandır, oxuyucu hekayəni ondan öyrənir. Roman qısa giriş və 5 bölmədən ibarətdir. Son iki bölmədə yazıçının fikirləri ilə rastlaşmaq olar.
Hadisələr adı Auriya olan Orense şəhərində baş verir. Romanda buzlu, yağışlı, qarlı 24 saat təsvir olunur.
Əsərin mövzusuna mənbə olan əfsanə və rəvayətlər 90 illik müddətdə toplanmış sənədlərdir.
1977-ci ildə roman əsasında Qonzalo Suarez tərəfindən "Ağ məhəbbət" filmi çəkilmişdir. 15 noyabr 2014-cü ildə İqnasiyo Viların rejissoru olduğu "Esmorqa" filmi nümayiş olunmuşdur.[1][2][3] Bu film 21 noyabrda Orensedə baş tutan Beynəlxalq Qalisiya Film Festivalında iştirak etmişdir.