Fərman Quliyev (alim)

Fərman Ağadədə oğlu Quliyev (19 may 1937, Sütəmurdov, Lənkəran rayonu7 noyabr 2023, Sütəmurdov, Lənkəran rayonu) — kənd təsərrüfatı elmləri doktoru, professor; Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin direktoru. Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyaları İB-nin prezidenti və Azərbaycan Ekologiya və Ətraf Mühitə Nəzarət Mərkəzi İB-nin Lənkəran Cənub Regional departamentinin sədridir.

Fərman Quliyev
Fərman Ağadədə oğlu Quliyev
Doğum tarixi 19 may 1937(1937-05-19)
Doğum yeri
Vəfat tarixi 7 noyabr 2023(2023-11-07) (86 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahələri Aqrotexnika, Seleksiya[d], Seleksiya
Elmi dərəcəsi
Elmi adı
İş yeri AMEA Lənkəran Regional Elmi Mərkəzi
Təhsili
Mükafatları "Xalqlar dostluğu" ordeni “Əmək igidliyinə görə” medalı
Azərbaycan SSR əməkdar aqronomu

Fərman Ağadədə oğlu Quliyev 19 may 1937-ci ildə Azərbaycan Respublikasının Lənkəran rayonunun Sütəmurdov kəndində ziyalı ailəsində anadan olmuşdur.

1943-cü ildə Lənkəran rayonunun Sütəmurdov kəndinin yeddillik məktəbinə daxil olmuş və 1950-ci ildə həmin məktəbi bitirmişdir. 1950–1954-cü illərdə Lənkəran şəhərinin Subtropik Bitkilər Texnikumunda təhsil almış, 1954-cü ildə oranı əla qiymətlərlə bitirmişdir.

1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə daxil olmuş və 1959-cu ildə yuxarıda adı çəkilən İnstitutu bitirmişdir.

O, 7 noyabr 2023-cü ildə vəfat edib. Noyabrın 8-də doğulduğu Sütəmurdov kəndində yerləşən "Sütəmurdov Kənd Qəbirstanlığı"-da dəfn olunmuşdur.[1]

Elmi fəalliyəti

[redaktə | mənbəni redaktə et]

1959–1961-ci illər ərzində Azərbaycan Elmi-tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran Filialında kiçik elmi işçi vəsifəsində işləmişdir.

1961–1962-ci illərdə sabiq Ümumittifaq Çay və Subtropik Bitkilər Elmi-tədqiqat İnstitututunda (ÜİÇ və SBETI) kiçik elmi işçi vəzifəsində işləmişdir.

aprel 1962–1965-ci illər ərzində sabiq Ümumittifaq Çay və Subtropik Bitkilər Elmi-tədqiqat İnstitututun (ÜİÇ və SBETI-nin Gürcüstan SSR) aspiranturasında oxumuşdur.

1965-ci ildə Gürcüstan Subtropik Təsərrüfatı İnstitututunda (Suxumi şəhəri) namizədlik dissertasiyasını müdafiə etmiş və 11 iyun 1965-ci il tarixində kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır.

1965–1967-ci illər ərzində Krasnodar vilayətinin (Rusiya) Soçi Subtropik və Cənub Meyvə Bitkiləri Təcrübə Stansiyasında (indiki Rusiya Dağ Bağçılığı və Gülçülüyü Elm İstehsalat Birliyi) baş elmi işçi vəsifəsində çalışmışdır.

1967-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə Azərbaycan Bağçılıq və SB ETI-nin Lənkəran Filialında aqrokimya və bitki fiziologiyası laboratoriyasının müdiri vəzifəsinə gəlmiş və iyul 1968-ci ildən oktyabr 1984-cü ilə qədər Lənkəran Filialının direktoru vəzifəsində işləmişdir.

1973-cü ildə "Baş elmi işçi" rütbəsini və 1988-ci ildə isə "Dosent" elmi rütbəsini almışdır.

1980-ci ildə "Xalqlar Dostluğu" ordeni və "Əmək Rəşadəti" medalları ilə təltif olunmuşdur.

1982-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Aqronomu" fəxri adını almış, "XXI-ci əsrin tanınmış alimi" Beynəlxalq diploma layiq görülmüşdür. oktyabr 1984-cü ildən müsabiqə yolu ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meyvəçilik və Subtropik Bitkilər kafedrasında dosent və sonralar isə həmin kafedranın müdiri vəzifəsində 1988-ci ilin dekabr ayına qədər işləmişdir.

1988-ci ildə Gürcüstan Subtropik Təsərrüfatı İnstititunda (Suхumi şəhəri) "Azərbaycanda çay bitkisinin intensiv texnologiyasının elmi əsasları" mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və Kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsini almışdır.

1988-ci ildən 2003-cü ilə kimi Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Genetika və Seleksiya İnstititunda müsabiqə yolu ilə "Subtropik bitkilərin genetikası və seleksiyası" şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1991–1995-ci illər ərzində Azərbaycan Respublikasının Prezident Aparatında Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin Böyük məsləhətçisi vəzifəsində işləmişdir.

1995–1996-cı illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin "Beynəlxalq elmi-texniki əməkdaşlıq və informasiya" idarəsinin rəisi vəzifəsində çalışmışdır.

1993-cü ildə "Professor" elmi adını almışdır.

1996-cı ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü-akademiki seçilmişdir.

1996–1998-ci illərdə İran İslam Respublikasının Ərdəbil Azad İslam Universitetində elmi-tədqiqat işləri üzrə və İran Kənd Təsərrüfatı Nazirliyində "Bağçılıq və subtropik bitkilər" üzrə müşavir vəzifəsində işləmişdir.

2003–2015-ci illərdə Lənkəran Dövlət Universitetinin "İqtisadiyyat və aqrotexnologiya" kafedrasının müdiri vəzifəsində işləmişdir. 2015-ci ildən AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir.

2015-ci ildə "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarı ilə istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətimə, Subtropik bitkilərin becərilməsi, ekologiyasının elmi-praktik əsaslarının öyrənilməsi sahəsində apardığ uğurlu elmi tədqiqatlarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və aqrar elmlərin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə ən yaxşı vətənpərvər tədqiqatçı alim qızıl medalı ilə təltif edilmişdir.

Əmək fəaliyyəti ərzində sabiq SSRI Ali Attestasiya Komissiyasının (AAK) eksperti, sabiq SSRI Kənd Təsərrüfatı Nazirliyinin Elmi-texniki Şurasının üzvü, sabiq ÜIÇ və SBEIB-nin buraxdığı "Субтропические культуры" jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin elmi-texniki sovetinin üzvü, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur.

Hazırda ingilis dilində buraxılan "Annals of Agrarian Science" "İSSN 1512–1887" Beynəlxalq və "Yaşıl Çay" jurnalları redaksiya heyətinin üzvüdür.

"Orqanizmləri ətraf mühit amillərinin mutagen təsirinə davamlığın artırılma üsulu" Patentininin həmmüəllifidir.

Çay bitkisinin becərilməsinə dair 5 səmərəli təklifin vəsiqəsini almışdır.

2014–2015-ci illərdə 4 çay sortu: "Fərmançay", "Lənkəran", "Xəzər", "Fərmançay Çəhrayı" Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim etmiş və 2019-cu ildə patentləşdirilərək rayonlaşdırılmışdır.

Bu sortlar zoğvermə intensivliyi, zoğların keyfiyyət göstəricilərinə görə, quru çay məhsulu bu ana kimi rayonlaşdırılmış "Azərbaycan-2" çay sortundan kəskin üstünlükləri ilə fərqlənir.

Çay, limon, naringi, portağal, qreypfrut, feyxoa, zeytun, kivi, innab, əncir, badam, nəcib dəfnə və i.a. subtropik bir sıra dərman bitkiləri üzərində apardığı elmi-tədqiqat işlərimin nəticələri təsərrüfatda geniş tətbiq edilərək, ali məktəblərin tədris proqramlarına, tədris vəsaitlərinə daxil edilmiş, xarici dillərə tərcümə olunmuşdur.

Fərman Quliyevin rəhbərliyi altında Azərbaycanın və xarici ölkələrin müxtəlif elmi-tədqiqat və tədris müəssisələri üçün 18 fəlsəfə doktoru və elmlər doktoru hazırlamışdır. Onların bir qismi artıq elmi dərəcələrini almışdır.

Elmi əsərləri azərbaycan, rus, fars, ingilis, çin, gürcü və s. dillərdə çap olunmuşdur. Subtropik bitkilər sahəsində 300-dən çox elmi əsərin, o cümlədən 30-dan çox kitabın, monoqrafiyaların, metodik vəsaitlərin, tövsiyələrin müəllifidir.

Ailəlidir dörd övladı var. Millət vəkili Rüfət Quliyevin qardaşıdır.

  1. "Lənkəranda dünya şöhrətli çayçı alim vəfat edib". Report İnformasiya Agentliyi (az.). 2023-11-07. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]