Faiq Əhmədov (alim)

Faiq Abduləvvəl oğlu Əhmədov — Fizika-riyaziyyat elmləri doktoru, professor.[1][2]

Faiq Əhmədov
azərb. Faiq Abduləvvəl oğlu Əhmədov
Doğum tarixi
Doğum yeri Şəki
Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Alma-mater Azərbaycan Dövlət Universiteti
Təhsili Ali
Mükafatları Əməkdar müəllim

Həyatı[redaktə | mənbəni redaktə et]

Faiq Əhmədov 16.10.1940-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1957-ci ildə Şəki şəhərində orta məktəbi bitirmişdir.

1957–1962-ci illərdə BDU-nun fizika-riyaziyyat fakültəsində təhsil almış,1962–1965-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirant olmuşdur. 1966-cı ildə "Kristallaşan polimerlərin mexaniki xassələrinin tədqiqi "mövzusu üzrə dissertasiya müdafiə edərək fizika- riyaziyyat elmləri namizədi adını almışdır. 1966-cı ildən müəllim, baş müəllim, 1971-ci il "Optika və molekulyar fizika" kafedrasının dosenti vəzifəsində çalışmışdır. 1992-ci ildə Rusiya Federasiyasının Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda "Quruluş xüsusiyyətlərini nəzərə alaraq makromolekulyar sistemlərdə relaksasiya keçidlərinin tədqiqi" adlı dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını almışdır. Ona 1994-cü ildə professor adı verilmişdir. 1994–2011-ci ilədək "Optika və molekulyar fizika" kafedrasının professoru, kafedra müdiri vəzifəsində çalışmışdır. 1997-ci ildən -ömrünün sonunadək BDU-nun Appelyasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır.100-dən artıq elmi məqalənin və 12 kitabın müəllifidir.

F.A.Əhmədov 15.02.2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.

  • Elmi əsərlərinin sayı-
  • Xaricdə dərc olunan əsərlərinin sayı-
  • Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-
  • Kadr hazırlığı-

Pedaqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1966 – 2011-ci illərdə Optika və molekulyar fizika kafedrasında çalışmışdır. Apardığı dərslər: Ümumi fizika kursu, Makromolekulların quruluşu və xassələri, Molekulyar qüvvələrin kvant nəzəriyyəsi, NMR və EPR üsulları ilə molekulun quruluşunun və xassələrinin öyrənilməsi.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Elmi işləri makromolekulyar sistemlərdə gedən relaksasiya proseslərinin nəzəri tədqiqinə həsr olunmuşdur. O, polimerlərin relaksasiya mexanizmini araşdırmaq üçün dəyişən parametrli modellər təklif etmiş və onların əsasında müxtəlif quruluş xüsusiyyətlərinə malik olan sistemlərin özlüelastik xassələrinin ümumi və fərqli cəhətlərini göstərmişdir. Makromolekulyar sistemi təşkil edən kinetik vahidlər arasındakı qarşılıqlı təsirin xarakterinin relaksasiya müddətləri spektrinə, spektral xəttlərin eninə təsirini nəzəri olaraq hesablamışdır.

Əsas elmi əsərləri[redaktə | mənbəni redaktə et]

  1. T.I. Ismailova, F.A. Akhmedov The Dependence of the Length of the Linear Chain of Macromolecules on the Binary Inferantion, III Ulusal atom və molekul fiziki Sempozyumu, Atatürk Universiteti, 23–25 mayıs, 2000, Erzurum, səh. 69
  2. S.H. Abytalibova, T.I. Ismailova, F.A. Akhmedov. The influence of the temperature mode on the relaxation processes velocity in polymers. J. Phycics, v.VIII, №3, 2002, p. 16–19
  3. N.F.Əhmədov, N.Ə.Hənifəyeva, S.X.Sadıxova, F.A.Əhmədov Müxtəlif yüklənmə rejimlərində xətti amorf polimerlərdə relaksasiya prosesinin müqayisəli təhlili 4-cü Beynəlxalq Elmi Konfrans, 5–8 oktyabr, İvanovo, Rusiya, s.39

KİTABLAR[redaktə | mənbəni redaktə et]

  1. 2008, Fizika məsələləri (Mexanika)
  2. 2008, Ümumi fizika kursuna aid metodik göstəriş
  3. 2007, Mexanika və molekulyar fizika
  4. 2006, Ümumi fizika (qısa kurs)
  5. 2004, Ümumi fizika (qısa kurs)
  6. 1997, Fizikadan laboratoriya işləri (mexanika və molekulyar fizika)
  7. 1993, Polimerlər fizikası üzrə praktikum
  8. 1991, Fizika praktikumu üzrə metodik göstəriş
  9. 1988, Ümumi fizika kursundan məsələ həllinə aid metodik göstəriş (mexanika)
  10. 1983, Fizika praktikumu üzrə metodik göstəriş
  11. 1982, Fizika praktikumu üzrə metodik göstəriş

Mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar Müəllim" adına layiq görülmüşdür-2009[3][4]

İstinadlar[redaktə | mənbəni redaktə et]