Faiq Ələkbərli (tam adı: Faiq Qəzənfər oğlu Ələkbərli; d. 12 aprel 1977, Dəyirmandağ, Gədəbəy rayonu[1]) — AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq, alim.[2]
Faiq Ələkbərli 12 aprel 1977-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olmuşdur. 1994-cü ildə Dəyirmandağ kənd orta məktəbini bitirərək, fəlsəfə ixtisası üzrə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin bakalavr pilləsinə daxil olmuş,1998-ci ildə isə bitirmişdir. 1999–2001-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin magistratura pilləsində təhsil almışdır.
2005-ci ildə "XX əsrdə Azərbaycanın İctimai-siyasi və fəlsəfi fikir tarixində M. Ə. Rəsulzadənin yeri və rolu" mövzusunda dissertasiya işini müdafiə edərək, 2006-cı ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Faiq Ələkbərli kitablarında turançılıq, türkçülük, islamçılıq, azərbaycançılıq, bütöv azərbaycançılıq, modernləşmə, milli ideologiya, milli ideya, milli kimlik, milli şüur və digər sahələr üzrə özünəməxsus yanaşmalarını formulə etmişdir.[2]
Faiq Ələkbərli ailəlidir, iki övlad var. O, həmçinin İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Rəşad Ələkbərovun dayısıdır.
Faiq Ələkbərli 1997-ci ildən 2003-cü ilə qədər jurnalistika sahəsində çalışmışdır. "Millət", "525-ci qəzet", "Üç nöqtə", "Xalq cəbhəsi" və digər qəzetlərdə jurnalist kimi fəaliyyət göstərmişdir.[3]
Hazırda bir sıra qəzet (“Türküstan” və b.), sayt ( moderator.az, bao.az, turkistan.az. və b. ) və jurnallarda (“Tük yurdu”, “Din araşdırmaları”, “Əmək və Sosial Münasibətlər”, “Dövlət və din”, “Elmi əsərlər” və b.) elmi-publisistik, fəlsəfi-ideoloji məqalələr yazır.[3]
Faiq Ələkbərli 2011-ci ilin noyabrında təsis olunmuş Bütöv Azərbaaycan Ocaqlarının (BAO) aparıcı liderlərindən biridir. "Bütöv Azərbaycan Ocaqları"nın başqanı Zahir Əlisoyun 8 fevral 2021-ci il tarixli sərəncamı ilə Faiq Ələkbərli BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini təyin edilib.[4]
Faiq Ələkbərli bir çox kitab, bir dərs vəsaiti və 230-dan çox elmi məqalənin müəllifidir. Bəzi kitabları Türkiyə və Özbəkistanda da nəşr olunmuşdur.
Faiq Ələkbərli AMEA Rəyasət Heyətinin qərarı ilə 12 sentyabr 2024-cü ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda yeni yaradılmış "Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi" şöbəsinə müdir təyin edilmişdir.[5]
- Azərbaycan dilində
- Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü, Bakı, "Elm", 2007 (monoqrafiya)[6]
- Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış" (I hissə), Bakı, "Təknur", 2011 (monoqrafiya)[7]
- İdarəetmə nəzəriyyəsi. Dərslik (həmmülllif). Bakı, "Elm və Təhsil", 2012
- Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış" (II hissə), Bakı, "Elm və Təhsil", 2014 (monoqrafiya)[8]
- Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, "Xan" nəşriyyatı, 2017
- Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX–XX əsrlər). I hissə. Bakı, Elm və təhsil, 2018
- Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX–XX əsrlər). II hissə. Bakı, Elm və təhsil, 2020[9]
- Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX–XX əsrlər). III hissə. Bakı, Elm və təhsil, 2021[10]
- Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, Elm və təhsil, 2021, 492 s. (Tamamlanmış və əlavələrlə yenidən işlənmiş ikinci nəşri)
- Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq. Bakı, Elm və təhsil, 2022, 414 səh.[11][6]
- Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər) II cild, II hissə. Bakı, Elm və təhsil, 2024[12]
- Türkiyə türkcəsi
- "Muhammed Emin Resulzadenin Dünya Görüşü", Konya, Buğra Yayın Evi, 2014
- Turan Uyğarlığına giriş: Turan mefkuresi ve Tanrıcılık. Ankara, Astana yayın evleri, 2020
- Azerbaycan Türk felsefi ve içtimai fikir tarihi (XIX-XX. Yüzyıllar). I cilt. Ankara, Astana yayın evleri, 2021
- Bir Vatandan Bir Vatana: Elmas Yıldırım. İstanbul, Türk Edebiyatı Vakfi yayınları, 2022, 88 sseh. (həmmüəllif)
- Karabağdan Doğan Güneş ve Ay: Hurşidbanu Natevan ve Fatma Kemine. İstanbul, Türk Edebiyatı Vakfi yayınları, 2022, 72 seh. (həmmüəllif)
- Türk Ruhunun Söz Bayrağı: Ahmed Cavad. İstanbul, Türk Edebiyatı Vakfi yayınları, 2022, 96 seh. (həmmüəllif)
- Yürüyordu Çırpınan Bir Yürekle. Abdulla Şaik ve Şiirileri. İstanbul, Ötüken, 2022, 192 s. (həmmüəllif)
- Bağımsızlığa Adanmış Ömür Yusuf Vezir Çemenzeminli.İstanbul, Türk Edebiyatı Vakfi yayınları, 2023. 80 s. (həmmüəllif)
- Özbək dilində
- Türk Ruhining Soz Bayroği: Ahmad Javod. Daşkent-Ozbekistan, 2022, 92 s. (həmmüəllif)
- Qoraboğda Porlagan Quyosh: Xurshidbonu Notavon. Daşkent-Ozbekistan, 2022, 54 s. (həmmüəllif)
- Azərbaycanın tarixinin, xüsusilə 1918-1920-ci il istiqlal tarixinin tədqiqində göstərdiyi fədakarlığa görə “İlin Şərəf Medalı”// “Borçalı İctimai Cəmiyyəti”. Bakı. 26.01.2014
- Türk Dünyası Kültürü, eləcə də Azərbaycanda Türkçülük Hərəkatı Tarixi üzərinə Yazılmış əsərlərinə görə “Türk Dünyasına xidmət” Ödülü// Dünya Gənc Türk Yazarlar Birliyi Təsisçilər Konseyi. Bakı. 27.11.2014.
- Azərbaycan xalqının və Türk Dünyasının milli-mənəvi birliyi və inkişafı yolunda göstərdiyi xidmətlərinə görə Dünya Azərbaycanlıları Konqresinin “Təşəkkür bəlgəsi ilə təltif”// Dünya Azərbaycanlıları Konqresinin XIII Qurultayı, 18-19 aprel 2015, İstanbul
- “Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Dövlətin din siyasətinin təbliği: Kütləvi informasiya vasitələrində dini maarifləndirmə işi” adlı layihəsi çərçivəsində 2015-ci ildə qəzet, televiziya və internet saytları arasında aparılmış monitorinqin nəticəsinə görə “Mediada Azərbaycançılıq, Azərbaycan milli ideologiyası və din mövzusunda davamlı yaradıcılığına görə” mükafat// “Ortaq Dəyərlər” İctimai Birliyi. Bakı, 26.08.2015.[2]