Faiq Nurəhməd oğlu Sadıqov (tam adı:Sadıqov Faiq Nurəhməd oğlu;) — Azərbaycan Respublikasının əməkdar jurnalisti[1]
Faiq Sadıqov | |
---|---|
Faiq Nurəhməd oğlu Sadıqov | |
Doğum tarixi | |
Doğum yeri | Ləki kəndi, Ağdaş, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | jurnalist |
Fəaliyyəti | Jurnalistika |
Fəaliyyət illəri | 1978- |
Mükafatları |
Sadıqov Faiq Nurəhməd oğlu 1956-cı il avqustun 19-da Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olub. 1963-73 illərdə Ləki qəsəbə 6 saylı orta məktəbdə, 1973-1978-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb. 1978-ci ildə Azərbaycan KP MK-nın göndərişi ilə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Yevlax Radio Verilişləri Redaksiyasında redaktor kimi əmək fəaliyyətinə başlayıb.[2] 1991-94-ci illərdə "Ədalət" qəzetinin Qarabağ bölgəsi üzrə cəbhə müxbiri işləyib. Birinci Qarabağ müharibəsinin ən qaynar nöqtələrindən hazırladığı xəbərlər və digər janrlarda hazırladığı materiallar “Ədalət” qəzetində və digər nəşrlərdə davamlı olaraq dərc edilib. 1996-cı ildə yenidən dövlət televiziyasına qayıdıb. Televiziyanın İnformasiya proqramları studiyasında ən mühüm ictimai-siyasi hadisələr, o cümlədən dövlət başçısının müxtəlif tədbirləri, səfərləri və görüşləri barədə video-materialların efirə hazırlanmasında redactor kimi fəaliyyət göstərib. Televiziyanın xüsusi müxbiri kimi Prezidentlər Heydər Əliyevi və İlham Əliyevi Fransa, Böyük Britaniya, Çin, Rusiya, Bolqarıstan, Latviya, Sloveniya, Xorvatiya və digər ölkələrə səfərlərində müşaiyət edib.
Ailəlidir. İki övladı var.
Birinci Qarabağ müharibəsindən bəhs edən "Qarabağan xəbər var.." kitabının müəllifidir.[3]