Frans Osifo Yeppsson Vall (isv. Frans Osifoh Jeppsson Wall; 19 dekabr 1998[1]) — İsveç müğənnisi və bəstəkarı. O, 2016-cı ildə İsveçin ən böyük musiqi hadisəsi hesab olunan Melodifestivalen mahnı festivalında "If I Were Sorry" mahnısı ilə qələbə qazanmış və həmin mahnı ilə ölkəsini 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Frans | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Frans Osifo Yeppsson Vall isv. Frans Osifoh Jeppsson Wall |
Ləqəbi | Frans |
Doğum tarixi | |
Doğum yeri | Skone, İsveç |
Vətəndaşlığı | İsveç |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2006–h.h. |
Janrlar | pop, folktronika |
Əlaqəsi | Elias qrupu |
fransjeppssonwall.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Frans 19 dekabr 1998-ci ildə İsveçin Skone vilayətində anadan olmuşdur. O, əsasən Elias qrupunun üzvü olaraq ifa etdiyi futbol himnlərinə görə tanınır. Onun 2006-cı ildə İsveç futbolçusu Zlatan İbrahimoviçə həsr etdiyi "Who's da Man" mahnısı ölkədə əsl hitə çevrilmişdir. Mahnı 13 həftə boyunca İsveç hit paradlarında zirvədə yer almışdır. Həmin ilin sonunda onun ifa etdiyi yeni mahnı "Kul med Jul" ifaçıya növbəti uğur daha qazandıra bilmişdir. Fransın daha bir futbolla əlaqəli mahnısı isə 2008-ci ildə İsveç milli futbol komandasına dəstək üçün ifa etdiyi "Fotbollsfest" olmuşdur.
2016-cı ildə Frans uzun müddətdən sonra səhnəyə geri dönüş etmiş və İsveçin ən böyük musiqi festivalı olan Melodifestivalen mahnı festivalına qatılmışdır. "If I Were Sorry" adlı mahnı ilə festivalda iştirak edən müğənni uğurla final mərhələsinə adlayaraq, finalda bütün rəqiblərini geridə qoyaraq festivalda qələbə qazanmağa nail olmuşdur. Beləliklə, Frans "If I Were Sorry" mahnısı ilə müsabiqəyə ev sahibliyi edən İsveçi Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir.[2] İsveçin Avroviziyaya ev sahibliyi etməsi səbəbi ilə Frans birbaşa olaraq müsabiqənin final mərhələsindən mübarizəyə qoşulmuşdur. Finalda 9-cu səhnə alan ifaçı müsabiqədə 261 xalla 5-ci yeri qazanmışdır.
Fransın Avroviziya mahnısı İsveçlə yanaşı Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İsveçrə, Norveç, Danimarka, İslandiya, Türkiyə, Tayvan və Uruqvayda da Spotify musiqi buludunda ən çox dinlənilən mahnılardan biri olmuşdur.[3]
Fransın atası Mark Nigeriyada anadan olmuş və Markın öz anası nigeriyalı və atası isə britaniyalıdır. Səkkiz yaşında ikən Mark Londona köçmüşdür. Fransın anası isə isveçlidir. Frans həm ingilis, həm də isveç dilində sərbəst danışa bilir. Həyatının böyük hissəsini Londonda yaşayan Frans məhz orada da musiqi təhsili almışdır. Onun Kasper adlı kiçik qardaşı və Filipa adlı əkiz bacısı var.
Albom adı | İl |
---|---|
Da Man | 2006 |
Mahnı adı | İl |
---|---|
"Kul med Jul" | 2006 |
"Fotbollsfest" (Elias qrupu ilə birlikdə) |
2008 |
"If I Were Sorry" | 2016 |
"Young Like Us" | |
"Liar" | 2017 |
Əvvəlki: Mons Selmerlöv "Heroes" |
İsveç Avroviziya Mahnı Müsabiqəsində 2016 |
Sonrakı: Robin Benqtsson "I Can't Go On" |