Fueqo vulkanı (isp. Volcán de Fuego) — Qvatemalada Çimaltenanqo, Eskuintla and Sacatepquez deparatmentlərinin sərhəddində yerləşən aktiv stratovulkan. Volkan Qvatemalanın ən məşhur və turistik şəhəri olan Antiquanın 16 km qərbində yerləşir.[2] O, İspaniyanın işğalından bəri tez-tez püskürür, ən son 2018-ci ilin iyun[3][4][5] və noyabr[6][7] aylarında püskürmüşdür.
Fueqo | |
---|---|
isp. Volcán de Fuego | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Kordilyer |
Vulkan forması | Qarışıq vulkan |
Son püskürmə | 2002-2020 (dəvam etməktədir)[1] |
Mütləq hündürlüyü | 3763 m |
Yerləşməsi | |
14°28′29″ şm. e. 90°52′51″ q. u.HGYO | |
Ölkə | Qvatemala |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fueqo aşağı səviyyədə davamlı olaraq aktiv olması ilə məşhurdur. Kiçik qaz və kül püskürmələri hər 15–20 dəqiqədə bir təkrarlanır, ancaq böyük partlayışlar çox nadir görünür. Andezit və bazalt lava tipləri üstünlük təşkil edir və son partlayışlar köhnə partlayışlarla müqayisədə daha ağır materialları püskürtmüşdür.[8]
Fueqo Akatenanqo vulkanı ilə birlikdə La Horkita kimi bilinən vulkan kompleksini yaradır.