"Görüş yerini dəyişdirmək olmaz" (rus. Место встречи изменить нельзя) — 1979-cu ildə SSRİ-də çəkilmiş beşseriyalı televiziya filmidir. Rejissor Stanislav Qovoruxinin bu filmi Vayner qardaşlarının "Mərhəmət erası" romanına əsaslanır.
Görüş yerini dəyişdirmək olmaz | |
---|---|
rus. Место встречи изменить нельзя | |
Janr |
detektiv macəra cinayət döyüş müəmma |
Əsas mövzu | mütəşəkkil cinayətkarlıq |
Rejissor | Stanislav Qovoruxin |
Prodüser | Cemila Panibrat |
Əsərin müəllifləri |
Georgi Vayner Arkadi Vayner |
Ssenari müəllifləri |
Georgi Vayner Arkadi Vayner |
Baş rollarda |
Vladimir Vısotski Vladimir Konkin Sergey Yurski Viktor Pavlov Natalya Fatyeva Leonid Kuravlyov Svetlana Svetliçnaya Aleksandr Belyavski Yevgeni Yevstiqneyev Yekaterina Qradova |
Operator | Leonid Burlaka |
Bəstəkar | Yevgeni Gevorqyan |
Rəssam | Valentin Gidulyanov |
İstehsalçı | Odessa kinostudiyası |
İlk baxış tarixi | 11 noyabr 1979[1] |
Filmin növü | çoxseriyalı bədii film |
Müddət | 360 dəqiqə |
Ölkə | SSRİ |
Dil | rus dili |
İl | 1979 |
Bölüm sayı | 5 |
Texniki məlumatlar | 5 hissə |
Rəng | rəngli |
Çəkiliş yeri | Moskva, Odessa |
IMDb | ID0078655 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin hadisələri 1945-ci ilin avqust-noyabr aylarında cərəyan edir. Moskva cinayət axtarış idarəsinin əməkdaşları olan təcrübəli əməliyyat işçisi Qleb Jeqlov və İkinci dünya müharibəsinin cəbhəsindən dönərək idarəyə yenicə qoşulan Vladimir Şarapov "Qara pişik" adlı quldur dəstəsinə qarşı mübarizə aparır. Mübarizəni çətinləşdirən odur ki, müharibə ucbatından yüksək ixtisaslı işçilər azdır və milisionerlər eyni zamanda bir neçə cinayət üzərində istintaq aparmaq məcburiyyətindədir. Lakin quldurlar haqqında şayiələr Moskvada yayıldıqca, rəhbərlik idarəyə yalnız "Qara pişik"lə məşğul olmağa göstəriş verir. Filmdə bir çox gözlənilməyən hadisə baş verir. Belə ki, taqsırı demək olar ki, tam sübuta yetirilən Qruzdev günahsız çıxır, cinayət axtarış idarəsinin əməkdaşlarından biri qorxaqlıq və satqınlıq nümayiş etdirir, quldurların biri isə müharibə zamanı Şarapovla bir bölükdə döyüşübmüş. Filmin son seriyasında dəstə üzvləri həbs olunur, Şarapovun bölük yoldaşı Levçenko isə qətlə yetirilir. Filmin çəklişində Vladimir Vısotski, Vladimir Konkin, Zinovi Gerdt, Svetlana Svetliçnaya, Sergey Yurski, Aleksandr Abdulov və digərləri kimi Sovet kinosunun ulduz simaları iştirak edib.
Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |