Geranium raii

Parlaq әtirşah (lat. Geranium lucidum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü.

Parlaq әtirşah
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15-35 sm, gövdəsi düz və yaxud əyilib qalxandır, yarpaqlar parlaq, çılpaq, qonurtəhər, daha sonra qızarandır. Kökətrafı yarpaqları uzun saplaq üzərindədir, aşağı gövdə yarpaqları görünüşünə görə böyrəkşəkillidir, hissələri əksinəyumurtaşəkillidir, yuxarı hissədə dəyirmiləşmiş və dayaz dairəvi dişlərə kəsilmişdir; yarpaq ayası üst tərəfdən və kənarlardan basıq tüklüdür, daha sonra qızarandır. Yalançı zoğları neştərvaridir, sivriləşmişdir. İkiçiçəkli çiçək saplağının uzunluğu 2-4 sm-dir, meyvə vermə dövründə əyilmiş şəkildə olur. Ləçəkləri çəhrayı rənglidir, əksinəyumurtaşəkilli-uzunsovdur, təpə hissədə dəyirmiləşmişdir. Meyvəsinin tayları arxa tərəfdə torvari qırışlıdır. Toxumları hamardır. Aprel-iyun aylarında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda (Quba), BQ şərq, BQ qərb, Kür düz (qərb), KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. dağ. Orta dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Çay sahilində, çaqıl daşlı, rütubətli və qaranlıq yerlərdə rast gəlinir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Robertium lucidum (L.) Picard

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Geranium columbinum Garsault
  • Geranium laevigatum Royle
  • Geranium lucidum var. purpureum Alleiz.
  • Geranium raii Lindl.
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 682.