Gilas ağacı (film)

Burada II Dünya müharibəsi illəri uşaqlarının fərəhsiz həyatından, mənasız keçən günlərindən, xeyirxah adamların saf və ülvi mənəviyyatından bəhs edilir.

Gilas ağacı
Fayl:Gilas ağacı (film, 1972).jpg
Janr dram
uşaq
Rejissor Tofiq İsmayılov
Ssenari müəllifi Əkrəm Əylisli
Baş rollarda Sevinc İsmayılova — Nigar
Soltan Məmmədov — Sadıq
Məmmədrza Şeyxzamanov — Qulam
Leyla Bədirbəyli — Müşəfər nənə
Operator Rafiq Qəmbərov
Bəstəkar Nazim Əliverdibəyov
Rəssam Fikrət Əhədov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1972
Filmin növü qısametrajlı bədii film
Müddət 43 dəq.
Ölkə SSRİ SSRİ
Dil azərbaycanca
İl 1972
Texniki məlumatlar 4 hissə
1170 metr
35 mm
Rəng rəngli

Filmdəki hadisələr Azərbaycanın uzaq kəndlərinin birində cərəyan edir. Burada Qulam baba (Məmmədrza Şeyxzamanov) və onun ətrafında toplaşan kənd uşaqlarının başlarına gələn əhvalatlardan danışılır. Müharibə nə qədər dəhşətli, ağır olsa da, dünya görmüş müdrik qocanın iradəsini qıra bilmir, bütün ölkə üçün çətin günlərdə kənddə qalan Qulam baba uşaq və qadınlara, həmyerlilərinə dayaq olur.

Kinolentdə oğurlanmış uşaqlıq haqqında söhbət gedir. Müharibə uşaqların həyatına müdaxilə etmiş, onların rahatlığını pozmuş, şən və qayğısız keçən uşaqlıq çağlarını əllərindən almışdır. Müharibənin çətinlikləri, törətdiyi fəlakətlər-bütün bunlar tamaşaçıların gözləri önündən gəlib keçir.

Film yazıçı Əkrəm Əylislinin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.

Film Mərkəzi televiziyanın(Moskva) sifarişi ilə çəkilmişdir.

Titrlər: Quraşdırılmış səhnə operatoru Ramiz Babayev səhvən Rafiq Babayev kimi göstərilmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Əkrəm Əylisli
Quruluşçu rejissor: Tofiq İsmayılov
Quruluşçu operator: Rafiq Qəmbərov
Quruluşçu rəssam: Fikrət Əhədov
Bəstəkar: Nazim Əliverdibəyov
Səs operatoru: Paşa İbrahimov
Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev
Qrim rəssamı: V.Bereznyakov
Montaj edən: A.Filimonova
Rejissor assistenti: Cəfər Əsədov, Malik Əlicanov
Operator assistenti: Sərdar Vəliyev
Rəssam assistenti: T.Məlikzadə
Dirijor: Nazim Rzayev
Redaktor: Nataliya Şneyer
Filmin direktoru: Yusif Yusifzadə
Sevinc İsmayılova — Nigar
Soltan Məmmədov-Sadıq
Məmmədrza Şeyxzamanov — Qulam
Leyla Bədirbəyli — Müşəfər nənə
D.Abdullayeva
Zemfira İsmayılova — Sadıqın anası
Muxtar Avşarov — Səftərəli
Fərhad İsmayılov
O.Şeyxov
Tariyel Qasımov — Sadıqın atası
M.Rzayev

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Şahmar Ələkbərov (titrlərdə yoxdur)
Xuraman Hacıyeva — uşaq (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Bikə (titrlərdə yoxdur)
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 167.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 227-228; 232.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]