Giorgi Tevzadze

Giorgi Tevzadze (1987, Gürcüstan, Tiblisi) — Gürcüstanın drift kralı , legal-illegal avtomobil yarışçısı, "Drift kralı" yarışının qalibi (2010).

Giorgi Tevzadze
გიორგი თევზაძე
Doğum tarixi
Doğum yeri Gürcüstan
Vəfat tarixi
Vəfat yeri Tibilisi
Vəfat səbəbi avtomobil qəzası
Milliyyəti Gürcü
Mükafatları Drift kralı (2010)
vk.com/needfordrive

Giorgi Tevzadze 1987-ci ildə Tbilisidə anadan olub. Uşaqlığını Rusiyada keçirən Giorgi uşaqlıqdan maşınlara maraq göstərib. O, ilk dəfə maşın sürməyə cəmi 13 yaşında ikən başlayıb. Qatıldığı bütün qanuni və qeyri-qanuni avtomobil yarışları onu məşhurlaşdırıb. Bu şöhrət onun arzularına yaxınlaşmasına kömək etsə də, həm də problemlərə səbəb olub. Məsələn, polis onu hər dəfə görəndə dayandırıb, sənədlərini göstərməsini tələb edirdi. Dostlarının dediyinə görə, o, çox nəzakətli olub və heç vaxt polislə problem yaşamayıb.Şöhrəti artsa da, bu kifayət etməyib, çünki Giorgi filmlərə də çəkilmək istəyirdi. Dostlarıyla birlikdə kontent yerləşdirdikləri sayt üçün video çəkərkən təhlükəli hərəkətlər etdiyi üçün onun sürücülük vəsiqəsi əlindən alınıb. 2013-cü ildə Rusiyada yaşayan dostu onu görməyə gələndə restorana gedəndə Giorginin sürücülük vəsiqəsi olmadığı üçün Giorginin maşınını idarə edib. Avtomobili saatda 140 kilometr sürətlə idarə edən dostu idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə Giorgi xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq 26 yaşında həyatını itirib.[1]

Giorgi Tevzadze

Gənc yaşlarında Gürcüstana qayıtdıqdan sonra komanda toplayıb, avtomobil yarışları təşkil etmək qərarına gəldi. Əsas məqsədi sürücülük kursu açmaq və insanlara daha peşəkar sürücülük və drift dərsləri vermək idi. Giorgi insanlara nə qədər yaxşı sürücü olduqlarını göstərmək üçün "Needfordrive" adlı vebsayt yaratdı. 2010-cu ildə Giorgi avtomobil yarışında birinci yeri tutaraq "Drift kralı" adını qazandı.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 giorgi, Tevzadze. . Georgian drift king. (#archive_missing_date) tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)