Hüquq-mühafizə orqanı, xüsusi yurisdiksiya daxilində qanunun mühafizəsinə cavabdeh olan hər hansı dövlət orqanıdır. Hüquq-mühafizə orqanının ən çox yayılmış növü polisdir, lakin ədliyyə, kəşfiyyat idarəsi, prokurorluq və müxtəlif digər formalar da mövcuddur, konkret hüquqi pozuntuya diqqət yetirən və ya müəyyən orqanlar tərəfindən təşkil edilən və nəzarət edilən qurumlar da var. Onlar adətən həbs səlahiyyəti və güc tətbiq etmək kimi vəzifələrini yerinə yetirmək üçün müxtəlif səlahiyyətlərə və qanuni hüquqlara malikdirlər.[1]