Həsən Kasablanka Universiteti — Mərakeş Krallığının Kasablanka şəhərində dövlət universiteti.
Həsən Kasablanka Universiteti | |
---|---|
33°32′24″ şm. e. 7°36′00″ q. u.HGYO | |
Əsası qoyulub | 1975 |
Ölkə | |
Sayt | univh2c.ma |
Vikianbarda əlaqəli mediafayllar |
Universitet 1975-ci ildə Həsən de Ain Çok Universiteti və Həsən Məhəmmədiya Universitetinin birləşməsindən sonra yaranıb.[2]
Ümumilikdə burada yerli və xarici tələbələr də daxil olmaqla 24 mindən çox tələbə təhsil alır. Universitet Mərakeşin üçüncü ən böyük universitetidir.
Universitetdə ərəb və fransız dilləri tədris olunur. Hüquq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər kimi bəzi fənlər üçün və aspirantlar üçün fransız və ərəb dillərini bilmək tələb olunur. Bununla belə, Texniki fənlər yalnız fransız dilində təklif olunur.
Universitet Beynəlxalq Tədqiqat Universitetləri Alyansının üzvüdür.
Xarici tələbələr əsasən fransız dilli ölkələrdəndir: Fransa, Seneqal, Konqo Respublikası, Mavritaniya, Liviya, Tunis, Əlcəzair, Mali, Yəmən, İndoneziya və s.[3]
Ayn Sebaada yerləşən Kasablanka Milli Biznes və İdarəetmə Məktəbi 2007-ci ildə yaradılmışdır və artıq ölkədə səkkizinci ən yaxşı müəssisə və üçüncü ən yaxşı biznes məktəbidir.[9][10]
Məhəmməd Sıkat Kitabxanası ümumi sahəsi 7,000 kv. metrdir (75,000 kvadrat fut). Kitabxana 6 mərtəbədən ibarətdir. Tələbələr üçün 40000 dərslik, 20000 onlayn elektron jurnal və dövri nəşr var. Həmçinin kitabxanada qədim əlyazmalar və kitablar saxlanılır. Hüquq fakültəsinin kitabxanasında Hüquq, Politologiya və İqtisadiyyat sahələrinə aid 25 min kitab var.