Həsənkənd körpüsü

Həsənkənd körpüsüDərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonunun Həsənkənd (03.01.1935-ci ildən — Şatin) kəndində, Səlim çayının üstündə yerləşən birtağlı daş körpüdür.

Həsənkənd körpüsü
Həsənkənd körpüsü
Üslubu tağlı
Uzunluğu 12 metr
Eni 2,67
Hündürlüyü 3,5 metr

Tarixi abidə sayılan bu körpü su səviyyəsindən 3,5 m yüksəklikdə yerləşir. Eni 2,67 m olan körpünün ümumi uzunluğu 12 m-dir. Körpü XIV yüzildə türksoylu hesab olunan Çesar Orbelian tərəfindən inşa edilmiş, XVII yüzildə bütünlüklə yenidən bərpa olunmuşdur. Həsənkənd kəndi qədimdən Türk-Oğuz boylarının yurdu olmuş, bura 1828–1829-cu illərdə İrandan ermənilər (17 ailədə 92 nəfər) köçürülüb gətirilmişlər.[1]

Körpü kəndin adı ilə tanınır və qədim zamanlardan bu günə qədər mövcuddur. Körpü, illər ərzində təbii və insan amilləri nəticəsində zərər görmüş və XIX əsrdə erməni ustalar tərəfindən bərpa edilmişdir. Bu bərpa işlərindən sonra körpü erməni abidəsi kimi təqdim edilməyə başlanmışdır. Bununla belə, tarixi sənədlər və mənbələr sübut edir ki, 1828-ci ildə bu əraziyə yalnız 17 erməni ailəsi İrandan köçürülüb. Bu da göstərir ki, körpünün erməni mədəniyyətinə aid edilməsi əsassızdır və o, əslində yerli Azərbaycan memarlıq abidəsidir.[2]

  1. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri (Azərbaycan). səh. 156. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.
  2. "Qərbi Azərbaycan". anl.az. İstifadə tarixi: 2024-09-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]