Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır.[1] 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır.[2] 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur.[3]
Hay Day | |
---|---|
| |
Hazırlayan | Supercell |
Yayımlayan | Supercell |
Distribüterlər |
Apple Inc (App Store) Google (Google Play) |
Buraxılış tarixi |
iOS 21 iyun 2012 Android 20 noyabr 2013 |
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janrlar | simulyasiya |
Texniki məlumat | |
Platformalar | Android, iOS |
Oyun rejimləri | çoxoyunçulu |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | sensor ekran |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır.
Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Gamezebo oyuna 4/5 xal vermiş, Farmville oyunu ilə bənzərliyini qeyd etmiş və qrafiklərini tərifləmişdir.[4] Pocket Gamer oyuna bürünc mükafat vermişdir.[5]