Hendorabi (fars. هِندُرابی , ing. Hendorabi) — İran körfəzində İrana mənsun olan ada. Henderabi adası Kiş adasından bir qədər aralıda, Hörmüzqan ostanlığının Bənder Lanq şəhristanına daxildir. İranın cənubunda yerləşən ada Çiru adasından 9 km cənub-qərbdə qərarlaşır. Adanın uzunluğu 8 mil, eni isə 4 mildir. Henderabi adası Kiş adası ilə Lavan adaları arasında yerləşir. Hendurbi ilə Kiş adası arasında məsafə 28 km, Lavan adası ilə məsafə isə 1333 kilometrdir.
Hendorabi adası | |
---|---|
azərb. شاهی آدا | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
26°40′13″ şm. e. 53°38′37″ ş. u.HGYO | |
Ölkə | İran |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın səthi hasmardır, demək olar ki, hündür əraziyə rast gəlinmir. Adanın şərq və şimal hissələrində hamar enişlər vardır ki, onlarda dənizin dibinə doğru irəliləyir. Adanın qərb sahilləri daşlıqdır və kişik hündürlük yerləşir. Hendorabi adasının ən hündür nöqtəsi 27 metrdir[1]. Adada rütübətli havanın olması və yerli iqlimin olması onun coğrafi mövqeyi ilə bağlıdır.
Hicri-qəməri təqvimi ilə 1389-cu ildə (qriqoriyan təqviki ilə 2010-cu ildə) İran Prezidenti Hendorabi, Böyü və Kiçik Faur adalarını Kiş adası iqtisadi zonasına daxil edir.
Adada içməli su mənbəyi olduqca kasaddır. Suyu əsasən su quyularından və anbardan götürürlər. Quyularda olan su içməli olsa da, aşağı keyfiyyətə malikdir. Bu səbəbdən burada su çatışmanazlığı hiss edilir.
Bir neşə yüz il öncə adada 80 nəfər yaşayırdı. Onlar əsasən ərəb və fars dillərində danışırdılar. Adanın sakinləri əvvəllər ov, balıqçılıq və mirvari toplamaqla məşqul idilər. Evlərin çoxu daşdan gil materialından inşa eilmişdi.
Hendorabi adasında eyni adlı kən mövcuddur. Kənddən bir qədər aralıda Aldurat yaşayıç məntəqəsinin qalıqları vardır. Hendorabi kəndinin cənub-qərbindən bir kilometr cənubda Əl-Serat xarabalıqları yerləşir. Bu xaranbalıqda çoxlu sayda tarixi abidə aşkarlanmışdır[2].
Hicri-Qəməri təqvimi ilə 1212-ci ildə (qirqoryan təqvimi ilə 1833-cü ildə) Fətəli Şah Qacar adanı Fars vilayətinə daxil etmişdir[2].
Hazırda adada heç kim yaşamır. Bu səbəbdən adaya getmək istəyən özü ilə yemək, xörək bişirmək üçün ləvazimat, dərman, işməli su, paltar və yürüşdə istifadə ediləçək digər şeyləri özü ilə aparmalıdır. İşməli suyu və qidanı Çiruy limanında əldə etmək olar. Adada 2 iran mobil operatorunun əlaqəsi mövcuddur: Irancell və Hamrahe avval. Adadac elektrik enerjisi yoxdur. Çiruy limanından adaya 20 qəqiqəyə çatmaq olar. Çark və Aftab adalarından Kİş adasına gedən qayıqlar Hendorabi adasının yaxınlığından keçir.Hendorabi adasından Kiş adasına isə kotorlu qayıqla səhər etmək mümkündür.