Hendrik Doeff

Hendrik Doeff (nid. Hendrik Doeff; 2 dekabr 1777[1][2], Amsterdam, Hollandiya qraflığı[1][2]19 oktyabr 1835[1][2], Amsterdam[1][2]) – Naqasaki limanında yerləşən Decima adasındakı Holland fabrikinin 1803–1817-ci illərdəki başçısı. Yapon dilində Dofu adı ilə tanınırdı.

Hendrik Doeff
Doğum tarixi 2 dekabr 1777(1777-12-02)[1][2]
Doğum yeri
Vəfat tarixi 19 oktyabr 1835(1835-10-19)[1][2] (57 yaşında)
Vəfat yeri
Fəaliyyəti diplomat, yazıçı, müstəmləkə inzibatçısı[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaponiyada fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hendrik Doeff 1798-ci ildə Holland Ost-Hind şirkəti tərəfindən Decimaya göndərilmiş, 1799-cu ilin iyulunda Naqasakiyə çatmışdır. 1800-cü ildə Bataviyaya səfər etdikdən sonra Decimada yerləşən Holland fabrikinin başçısının katibi kimi işləmişdir. 1803-cü ildə başçı vəzifəsinə keçmiş və bu vəzifədə olduğu müddət ərzində Edo şəhərində oturan şoqunu üç dəfə ziyarət etmişdir.[3]

Doeff 1808-ci ildə baş verən "Phateon" insidenti zamanı şoqunluğun tərəfini tutmuş və holland postunu müdafiə etmişdir. Belə ki, Birləşmiş Krallığa məxsus "Phaeton" gəmisi 1808-ci ildə şoqunluğun icazəsi olmadan Naqasaki limanına daxil olmuş və Decimadan təchizat götürmüşdür. Avropada baş verən Napoleon müharibələri zamanı Yava adasının britaniyalı leytenant-qubernatoru Tomas Raffls 1811-ci ildə Decima adasını ələ keçirməyə çalışmış, lakin Doeff adanı müdafiə etmişdir.[3]

Doeffin rəhbərliyi və Decimadakı tərcüməçilərin əməkdaşlığı ilə hollandca-yaponca lüğəti tərtib olunmuşdur. "Doyaku Haruma" və ya "Naqasaki Haruma" kimi tanınan bu lüğət Doeffin gedişindən sonra 1833-cü ildə nəşr olunmuşdur.[3] Baba Sadayoşiyə holland və fransız dillərini öyrətmiş, Yaponiyaya vaksinasiya haqqında ilk məlumatları gətirmişdir.[4] Doeff Niderlanda qayıdandan sonra Yaponiya haqqında xatirələrindən bəhs edən "Yaponiya xatirələri" (ing. Herinneringen uit Japan; 1833) əsərini nəşr etdirmişdir.[3]

Henrdik Doeff hayku yazmış ilk holland şəxs hesab olunur. O, yapon dili və mədəniyyəti ilə maraqlanmış, haykular yazmışdır. Dövrün Yaponiya nəşrlərində onun tərəfindən yazılmış iki hayku tapılmışdır. Haykularından biri:[5]

öz qollarını mənə ver
ildırım kimi cəld
səfərimdəki bir balış üçün

イナヅマ ノ
カヒナ ヲ カラン
クサ マクラ

Inadsma no
Kaÿna Wo karan
Koesa Makura

  1. 1 2 3 4 5 6 7 8 Biografisch Portaal. 2009.
  2. 1 2 3 4 5 6 7 8 Pas L. v. Genealogics (ing.). 2003.
  3. 1 2 3 4 Kodansha Encyclopedia of Japan. səh. 123
  4. Barker, Thomas W. "The Vaccinators: Smallpox, Medical Knowledge, and the "Opening" of Japan". Journal of East Asian Studies (ingiliscə). 9 (2). may-avqust 2009: 325. doi:10.1017/S1598240800003039. İstifadə tarixi: 30 avqust 2024.
  5. Verhart, Max. "Haiku in the Netherlands and Flanders". Alman Hayku Cəmiyyəti (ingiliscə). 29 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2024.