Hominina

Hominina və ya Australopithecina və ya australopithecines — müasir dövrdə yaşayan hər hansı digər antropomorfidlərə nisbətən insanlarla (Homo) daha yaxından qohum olan ikiayaqlı hominidləri təsvir etmək üçün istifadə edilən homininlərin alt sinfidir .[2] "Hominid" və ya "hominin" terminləri ümumiyyətlə avstralopiteklərə aid edilir. Australopithecinlərin iki ayaq üstə dayanma qabiliyyəti və kəllə quruluşuna görə Homo növlərinə (insanlara) bənzəyir. Onların beyinləri Homo növləri ilə müqayisədə (650–1600 sm³) olduqca kiçikdir – 400–500 sm³ aralığında. Qrupa əsasən Australopithecus cinsinə aid olan növlər daxildir. Bununla belə, bəzi müəlliflər bu qrupa Sahelanthropus, OrrorinArdipithecus cinslərini də daxil edirlər.

Hominina
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Hominina
Beynəlxalq elmi adı

Normal olaraq bu qrupa birbaşa aid edilən qrupların heç biri sağ qalmasa da, Kenyanthropus, ParanthropusHomo cinsləri, ehtimal ki, A. africanus və/və ya Australopithecus sediba kimi müasir Australopithecus növünün paralel taksonu olaraq ortaya çıxdıqları üçün australopitesinler nəsli tükənmiş olaraq qiymətləndirilmir.

  1. Gray J. E. An Outline of an Attempt at the Disposition of Mammalia into Tribes and Families, with a List of the Genera apparently appertaining to each Tribe (ing.). // Ann. Philos. / T. Thomson London: 1825. Vol. n.s. v. 10. P. 338. ISSN 0365-4915
  2. "İnsansıların Evrimi: Hominoidea, Hominidae, Homininae, Hominini, Hominina ve Homo (sapiens)". Evrim Ağacı (Türkçe). 8 Temmuz 2015. 23 Mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 Haziran 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]