II Filibert (Savoyya hersoqu)

II Filibert (it. Filiberto II di Savoia) və ya Yaraşıqlı Filibert (it. Filiberto il Bello) (10 aprel 1480, Pon-d'En10 sentyabr 1504, Pon-d'En) — Savoyya hersoqu. Atası Savoyya hersoqu II Filipp, anası isə Burbonlu Marqaritadır.

II Filibert
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1480
Doğum yeri
Vəfat tarixi 10 sentyabr 1504 (24 yaşında)
Vəfat yeri
Atası II Filipp (Savoyya hersoqu)
Həyat yoldaşları

Təltifləri Knight of the Order of the Golden Fleece
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1496-cı ildə atası II Filipp gözlənilmədən Savoyya hersoqu olmuşdu və taxt iddiasını gücləndirmək məqsədilə varisi olan 16 yaşlı oğlu Filiberti sələfinin 9 yaşlı bacısı Yolanda ilə evləndirmişdi. Yolanda Savoyya hersoqu I Çarlzın qızı və onun şəcərəsindən gələn ən böyük varis idi. Atasının qısa səltənəti və ölümünün ardından Filibert taxta çıxdı. Ancaq 2 il sonra xanımı Yolanda vəfat etdi və Filibertin taxt iddiası zəiflədi. Bu səbəblə Filibert Avropanın böyüyən gücü Habsburqlara yaxınlaşmağa başladı. Siyasi məqsədlərlə 1501-ci ildə Müqəddəs Roma imperatoru I Maksimilyanın qızı Marqarita ilə evləndi.

II Filibert 1504-cü ildə plevrit səbəbilə geridə varis buraxmadan vəfat etdi. Bu səbəblə taxta ögey qardaşı Çarlz çıxarıldı.

  • Hand, Joni M. (2013). Women, Manuscripts and Identity in Northern Europe, 1350–1550. Ashgate Publishing.
  • Scott, John Beldon (2003). Architecture for the Shroud, Relic and Ritual in Turin. University of Chicago Press.
  • Ward, A. W.; Prothero, G. W.; Leathes, Stanley, eds. (1934). The Cambridge Modern History. Vol. XIII. Cambridge at the University Press.