I Sam Mirzə — Özünü Səfəvi şahı Sultan Hüseynin oğlu kimi qələmə verən şahzadə. 1743-cü Nadir şaha qarşı üsyan qaldıran I Sam Mirzə 50 minlik qoşunla Surxay xanın müşaiyətində Şirvanın mərkəzi olan Ağsu (yaxud dövrün mənbələrində Yeni Şamaxı) şəhərini zəbt etdi. Əhali onu rəğbətlə qarşıladı.[1] O, Nadir Şah tərəfindən qoyulmuş vergilərdən azad etdi. 1743-cü ildə Nadir şahın oğlu Nəsrullah mirzə başda olmaqla qızılbaş qoşunu Kür çayı sahilində I Sam mirzənin qüvvələrini haqladı və son nəfərinə qədər qırdı. Nəsrullah mirzə yalançı şahzadənin burnunu və qulaqlarını kəsdirmişdi.[2]