Juau Jilbertu

Juau Jilbertu (port. João Gilberto Prado Pereira de Oliveira) - braziliyalı musiqiçi, gitarist, bosa nova musiqinin ən məşhur simalarından biri.

Joau Jilbertu
port. João Gilberto Prado Pereira de Oliveira
Ümumi məlumatlar
Doğum adı João Gilberto Prado Pereira de Oliveira
Ləqəbi bosa novanın atası
Doğum tarixi
Doğum yeri Juazeyru, Baiya, Braziliya
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Rio-de-Janeyro, Braziliya
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni, söz yazarı, bəstəkar, musiqçi
Fəaliyyət illəri 1950-2019
Janrlar bosa nova, samba, Latin jazz
Musiqi alətləri Vokal, gitara
Albom şirkətləri
Mükafatları "Mədəniyyət xidmətlərinə görə" ordeni
joaogilberto.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Juau Jilberu 1931-ci ildə Braziliyanın Baiya bögəsində Juazeyru şəhərində imkanlı iş adamı Jovinianu Dominqos di Oliveyra və Martinya du Pradu Pereyra di Oliveyranın ailəsində dünyaya göz açmışdır. 1942-ci ilə qədər, Arakaju şəhərində təhsil almağa yollanana qədər burada yaşamış, 1946-cı ildə təhsilini başa vuraraq geri qayıtmışdır. Ona ilk gitara da təxminən bu dövrdə, 14 yaşında ikən atası tərəfindən alınmışdır. Juazeyruya qayıtdıqdan sonra o öz qrupunu - "Enamorados du Ritmu" (Ritm aşiqləri) yaratmışdır. 1947-ci ildə Baiyanın Salvador şəhərinə köçmüş və üç il burada yaşamışdır. Lakin, burada o təhsilini davam etdirmir və özünü tamamiylə müsiqiyə həsr edir. 18 yaşı olarkən o artıq yerli Baiya İctimai Radiosunda kruner kimi fəaliyyətə başlayır.[1]

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

Diskoqrafiyası

[redaktə | mənbəni redaktə et]

Məşhur əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Garcia, Walter (1999). Bim bom : a contradição sem conflitos de João Gilberto(in Portuguese). Paz e Terra. ISBN 852190343X. Retrieved 7 July 2019.