K-12 (film, 2019)

K-12Melani Martines və Alissa Torvinenin birlikdə rejissorluğu ilə çəkilmiş 2019-cu il musiqili, fentezi, qorxu filmi. Əsas rollarda Martines, Emma Harvi, Sion Moreno, Meqan Qeyc, Zinnett Hendriks, Kesi MakKinni, Marsalis Vilson və Meqqi Budzina çəkilib. Filmdə Cry Baby (Martines) və rəfiqəsi Anjelitanın (Emma Harvi) amansız məktəb sistemi olan K-12-ni məhv etməsindən bəhs edilir.

K-12
Janr fentezi filmi[d], qorxu filmi, musiqili film
Rejissorlar Melani Martines
Alissa Torvinen
Prodüserlər Ues Teşome
Fil Botti
Tayler Zelinski
Kimberli Stakviş
Alissa Torvinen
Qerqerli Varqa
Ssenari müəllifi Melani Martines
Baş rollarda Melani Martines
Emma Harvi
Sion Moreno
Meqan Qeyc
Zinnett Hendriks
Vesi MakKinni
Marsalis Uilson
Meqqi Budzina
Bəstəkarlar Melani Martines
Maykl Kinan
İstehsalçılar Little Ugly Productions
Frame 48
Distribütorlar Abramorama (Şimali Amerika)
Atlantic Records (Beynəlxalq)
İlk baxış tarixi 3 sentyabr 2019 (Los-Anceles)
5 sentyabr 2019 (seçilmiş teatrlarda)
6 sentyabr 2019
Müddət 92 dəqiqə
Büdcə $5–6 milyon
Gəlir $359,377
Ölkə ABŞ
Dil ingilis dili
IMDb ID10521814

K-12 seçilmiş kinoteatrlarda yalnız bir gün 5 sentyabr 2019-cu ildə nümayiş olundu və rəsmi olaraq 6 sentyabr 2019-cu ildə Şimali Amerika ərazilərində Abramorama, beynəlxalq miqyasda isə Atlantic Records tərəfindən YouTube üzərindən buraxıldı. Film həm tənqidçilərdən, həm də pərəstişkarlarından müsbət rəylər aldı, onlar onun istehsal dəyərlərini, mövzularını və mahnılarını təriflədilər, lakin ssenarisi, aktyorluq və xüsusi effektlərə görə tənqid olundular.

Süjet[redaktə | mənbəni redaktə et]

Cry Baby, K-12 internatındakı ilk gününə hazırlaşmaq üçün oyanır və gecə gördüyü kabusdan danışır. O, ən yaxın rəfiqəsi Anjelita ilə məktəb avtobusuna minir, burada sinif yoldaşları tərəfindən əzab-əziyyətə məruz qalır ("Wheels on the Bus" – azərb. "Avtobusda təkərlər"‎). Avtobus idarəetməni itirib suya düşəndə, Cry Baby və Anjelita avtobusu göyə qaldırmağa və K-12-dən kənara enməyə imkan verən fövqəltəbii güclərə sahib olduqlarını kəşf edirlər.

Cry Baby və Anjelita dərsə gecikdikdən sonra şagirdlər sədaqət andı içmək üçün ayağa qalxır. Henri adlı oğlan buna etiraz edir və zorla oradan kənarlaşdırılır. Dərs zamanı populyar, lakin insafsız qız olan Kelli, Cry Baby-ni öz sevgilisi Brendenla danışdığını gördükdən sonra qısqanmağa başlayır. Kelli dərs zamanı Cry Baby-yə bir dəst kağız atır, vərəqdə "tənəffüsdə görəcəksən" kimi hədələyici mesaj yazılıb. Anjelita Cry Baby-yə dava edərkən fövqəltəbii gücündən istifadə etməsini məsləhət görür, lakin Cry Baby bunun biclik olacağı üçün imtina edir. O, özü istəmədən anasına zəng vurur, anası sərxoş halda huşunu itirdiyinə görə cavab vermir. Cry Baby daha sonra anası ilə ölən atası arasında mövzu ilə bağlı söhbətə başlayır. ("Class Fight" – azərb. "Sinif davası"‎). Kelli onun Brendonla yenidən danışdığını gördükdən sonra Cry Baby-nin arxasınca qaçır və onu döyməyə başlayır. Döyüş zamanı Cry Baby qabiliyyətlərini işə salır, bu da onun və Kellinin havaya qalxmasına səbəb olur. Cry Baby saçının hörükləri ilə Kellini boğmağa başlayır. Bunu görən Miss Dafni onlara müdaxilə edir, hər ikisini dərhal direktorun ofisinə aparır.

Direktor transseksual müəllim Miss Harperi danlayır və onu işdən qovur. Bu zaman Cry Baby direktorun şagirdləri idarə etmək üçün onlara məcbur dərman qəbul etdirdiyini öyrənir. O, direktoru qəddar davranışına görə telefonla tənqid edir. Ardınca güclərindən istifadə edərək onun içkisinə zəhər qatır. Lakin o zəhərləndikdən qısa müddət sonra sağalır ("The Principal" – azərb. "Direktor"‎). Bundan sonra Cry Baby dərsə gecikir və marionet kuklaya çevrilir ("Show & Tell" – azərb. "Göstər və danış"‎). O, tibb bacısının kabinetinə göndərildikdən sonra Anjelita onu normal vəziyyətinə qaytarır. Tibb bacıları onları tutur və zorla dərman verir ("Nurse's Office" – azərb. "Tibb bacısının kabineti"‎). Onları qapıda peyda olan mələk ruhlu bələdçi Lilit xilas edir və onlara K-12-də qalmalı olduqlarını və ölməz varlıqlar olduqlarını söyləyir. Cry Baby və Anjelita bunların ardınca məktəbin bal zalında rəqs edən ruhlar ilə qarşılaşırlar və onlar ruhların hücum etdiyini görəndə sinif otağına qaçırlar.

Teatr dərsində ona evdar qadın rolu verilir, bunu görən Cry Baby məişət rolu təyin edilməməsini xahiş edir, bunu eşidənlər ona gülür ("Drama Club" – azərb. "Teatr klubu"‎). Məktəb tədbiri zamanı Cry Baby güclərindən istifadə edir və tamaşaçıları beyinləri yuyulmuş vəziyyətdən oyandırır. Cry Baby və Anjelita şagirdləri direktorun kabinetinə göndərir, burada direktor qətlə yetirilir. Direktoru dəfn etdikdən sonra Cry Baby və Anjelita eyni güclərə malik olan dostları Selest ilə görüşürlər. Cry Baby soyunub-geyinmə otağında və məktəb hovuzunda göstərilir, o, bədəninin obyektivləşdirilməsi, təcavüz mədəniyyəti və qurbanın günahlandırılması kimi məsələlərə toxunur. O, tortun üstündə çılpaq dayanır, burada oğlanlar ona yaxınlaşıb tortun parçalarını oğurlayıb yeyirlər ("Strawberry Shortcake" – azərb. "Çiyələkli tort"‎).

Nahar vaxtı Kelli Cry Baby-ni yemək masasına aparır. Dost olmaq istəmədiyini bildirdikdən sonra onlardan ayrılıb Maqnoliya adlı bir qızla ("Lunchbox Friends" – azərb. "Nahar qutusu yoldaşları"‎) dostluq edir. Qrup Kellinin dostu Fleurun da onlar kimi güclərə sahib olduğunu görür. Onu Kellidən ayırmaq üçün bufetdə yemək davası açırlar, lakin bunu görən Kelli Fleuru otaqdan çıxarır. Cry Baby Fleurun ardınca vanna otağına gedir və onun bulimiya xəstəliyindən əziyyət çəkdiyini öyrənir. Onun Fleura yazığı gəlir və onlar dost olurlar ("Orange Juice" – azərb. "Portağal şirəsi"‎). Kelli direktorun oğlu Leoya bufetdə olanları xəbərlədikdən sonra Cry Baby cəza çəkmə otağına göndərilir. Onun gücləri zəifləyir, lakin o, Leonu manipulyasiya edərək oradan qurtulur ("Detention" – azərb. "Cəza otağı"‎).

Ben adlı oğlan anonim sevgi məktubunu Cry Baby-nin şkafına yerləşdirir. Qızlar məktəbi dağıtmaq üçün plan hazırlayırlar və Leo bunu kamera görüntüləri ilə öyrənir. Anjelita və onun biologiya müəllimi flört etməyə başlayır. Dərs bitkidən sonra onu kiçildir və disseksiya etməyə çalışır. Cry Baby onu dayandırır və Anjelitanı normal ölçüsünə qaytarır, burada onlsr müəllimdən qisas alıb onu öldürürlər ("Teacher's Pet" – azərb. "Müəllimin göz bəbəyi"‎). Cry Baby onu olduğu kimi sevən partnyoru üçün sevgisini ifadə edir ("High School Sweethearts" – azərb. "Məktəb məşuqları"‎).

Ben Cry Baby-ni məktəb rəqsinə dəvət etməyə hazırlaşır, lakin Leo onun planını pozur. Leo yalandan Cry Baby-yə məktubu o yazdığını etiraf edir; dəvət etdikdən sonra məmnuniyyətlə qəbul edir. Cry Baby rəqs etməyə gələndə qızlar buna çox təəccüblənir. Onlar Leonun təklifini qəbul etməsi ilə razılaşmırlar. Cry Baby planı alt-üst etdiyini başa düşüb, özünə əsəbiləşərək çıxıb gedir. Leo səsgücləndirici ilə plandan xəbərdar olduğunu bildirir və şagirdləri otaqda çıxılmaz vəziyyətə salır. Burada onlar tilsimlənərək rəqs etməyə məcbur qalır. ("Recess" – azərb. "Tənəffüs"‎). Cry Baby özünü Lorelay adlı qadın kimi gizlədir və Leonu aldadaraq onu şkafda kilidləyir. O, səsucaldan vasitəsilə şagirdlərə məktəbi evakuasiya etməyi əmr edir və Kellidən başqa hamı qaçır.

Cry Baby qaçmağa çalışanda Ben ona yaxınlaşıb məktubu o yazdığını etiraf edir. Burada tüpürcək qabarcığı şişirtməyə qərar verirlər. Şar havaya qalxanda onlar aşağı tullanırlar, lakin Leo qurtula bilmur. Qızlar aşağıdan məktəbin partlamasını və Cry Baby-nin Benin yanağından öpməsini izləyirlər. Lilit uzaqda yenidən peyda olur, hamısı evə qayıtmaq üçün onun darvazasına qaçırlar. Qızlar içəri girən kimi Cry Baby ətrafa baxır və tərəddüd edir və film sona çatır.

Rollarda[redaktə | mənbəni redaktə et]

  • Melani Martines – Cry Baby
  • Emma Harvi – Anjelita
  • Sion Moreno – Fleur
  • Megan Gage – Selest
  • Zinnett Hendrix – Magnolia
  • Jesy McKinney – Leo
  • Marsalis Wilson – Ben
  • Maggie Budzyna – Kelly
  • Bence Balogh – Jason
  • Vilmos Heim – Brendon
  • Alissa Torvinen – Ghost Girl
  • Kate O'Donnell – Ms. Harper
  • Balázs Csémy – Dean
  • Natalia Toth – Lucy
  • Joel Francis-Williams – Henry
  • Zacky Agama – Thomas
  • Olga Kovács – Ms. Penelope
  • Kimesha Campbell – Lilith
  • Katie Sheridan – Lorelai
  • Toby Edington – The Principal
  • Anne Wittman – Ms. Daphne
  • Scott Young – Mr. Cornwell
  • Quei Tann
  • Laurka Lanczki – Holly
  • Ágota Dunai – Rachel
  • Rebeka Peter – Chloe
  • Genesis Ilada
  • Samantha Lepre
  • Kendy Cruz

Fon[redaktə | mənbəni redaktə et]

Martines 2017-ci ildə Billboard-a verdiyi müsahibədə o zaman adı olmayan ikinci studiya albomunun bitdiyini və onun həm yazıb həm də rejissoru olduğu bir filmlə müşayiət olunacağını bildirdi. O həmçinin dedi: "növbəti albomda hər bir mahnı klipi bir yerdə olacaq, on üçünün hamısı, aralarında dialoq və onların hamısını birləşdirən başqa bir şey olacaq".[1][2] Filmin nümayişindən sonra Martines, 2019-cu ildə verdiyi müsahibədə filmi məktəbi "həyatın qısaldılmış versiyası" kimi təsvir etmək üçün çəkdiyini bildirdi. O, uşaqikən başına gələn zorbalığı filmə qatdı.[3]

Filmin istehsalı[redaktə | mənbəni redaktə et]

14 may 2018-ci ildə Martines film üçün kostyumları hazırlayacağını bildirdi. 9 sentyabr 2018-ci ildə o, film çəkilişləri üçün Avropanın bəzi yerlərini kəşf edəcəyini dedi. Filmin çəkilişləri 31 gün içərisində Macarıstanın Budapeşt şəhərindəki Esterhazada baş tutub.[4] 2 yanvar 2019-cu ildə Martines filmin montajına başladı. Martines filmin vizuallarına ilham mənbəyi kimi Mark Raydeni, Nicoletta Ceccolini, Jan Švankmajer-in 1988-ci ildə çəkdiyi "Alice" filmini və pop sürrealizmini göstərdi.[3][5]

Buraxılış[redaktə | mənbəni redaktə et]

15 may 2019-cu ildə ilk tizer,[6] 22 mayda ikinci,[7] 29 mayda isə buraxılış tarixi ilə üçüncü tizer buraxıldı.[8] 17 iyun 2019-cu ildə MTV Film Mükafatları zamanı "Nurse's Office" mahnısından bir parçadan ibarət televiziya reklamı yayımlandı.[9] 23 iyul 2019-cu ildə "Show & Tell" mahnısının snipettinin yer aldığı rəsmi treyler buraxıldı.[10]

Filmin premyerası 3 sentyabr 2019-cu ildə Los-Ancelesdə baş tutdu.[11] İki gün sonra, 5 sentyabrda Nyu-Yorkda AMC Empire 25-də ümumamerikan premyerası oldu, film eyni zamanda ölkənin seçilmiş kinoteatrlarında nümayiş olundu. Martines həmçinin filmi YouTube kanalında pulsuz təqdim etdi. Film onun YouTube kanalında nümayişi yayımlandığı gün Trend-də ikinci yeri tutdu.

Qəbul[redaktə | mənbəni redaktə et]

Gəlir[redaktə | mənbəni redaktə et]

K-12 ölkə daxilində 303,230 ABŞ dolları, xaricdə isə əlavə olaraq 56,147 ABŞ dolları gəlir əldə edərək dünya üzrə ümumi gəlirini 359,377 ABŞ dollarına çatdırdı.[12] Buraxıldığı gecə ölkə daxilində ən çox gəlir əldə edən 6-cı film oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Lipshutz, Jason. "Melanie Martinez Celebrates 'Cry Baby' Chart Success, Looks Ahead To Elaborate Album/Film Project". Billboard. 5 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2019.
  2. "LI's Melanie Martinez explores bold ideas in new movie". Newsday (ingilis). 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-01.
  3. 1 2 Melanie Martinez On The Creation Of 'K-12' & The Anti-Bullying Message Behind The Movie | PeopleTV (ingilis), 2022-05-04 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  4. Stokes, Alyson. "Melanie Martinez takes on her darkest vulnerabilities in 'K-12' film". Alternative Press. 6 September 2019. 8 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2019.
  5. K-12 (2019) | INTERVIEW with MELANIE MARTINEZ at the LA Premiere (ingilis), 2022-12-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  6. Melanie Martinez - K-12 (ingilis), 2019-05-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  7. Melanie Martinez - K-12 (Teaser 2) (ingilis), 2022-12-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  8. Melanie Martinez - K-12 (Teaser 3) (ingilis), 2022-12-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  9. Melanie Martinez - K-12 (TV Spot) (ingilis), 2022-11-13 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  10. Melanie Martinez - K-12 (Official Trailer) (ingilis), 2022-10-13 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  11. K-12 (2019) | INTERVIEW with MELANIE MARTINEZ at the LA Premiere (ingilis), 2022-12-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07
  12. "K-12 Box Office". Box Office Mojo. December 16, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2020.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]