KDE 108 dilə tərcümə olunub [2].
KDE — beynəlxalq azad proqram təminatı cəmiyyətidir[1], Linux, Microsoft Windows, FreeBSD, Solaris və macOS əməliyyat sistemlərində çalışan cross platform tətbiqlər yaradırlar. Əsasən Linux əməliyyat sistemlərində çalışan "KDE Plasma" masaüstü mühiti kimi tanınır. KDE-nin əsası 1996-cı ildə Mathias Etrich tərəfindən qoyulub. KDE proqram təminatı Qt çərçivəsi (framework) üzərində yazılır.
KDE Plasma | |
---|---|
Tipi | Masaüstü mühiti, azad proqram təminatı |
Tərtibatçı | KDE |
Proqramlaşdırma dili | C++ |
Əməliyyat sistemi | Linux, FreeBSD |
İnterfeysin dili | Çoxdilli, həmçinin Azərbaycanca |
Yayımlanma tarixi | 14 oktyabr 1996 |
Sonuncu versiya | 6.2[3] |
Sayt | kde.org/plasma-desktop/ |
Vikianbarda əlaqəli mediafayllar |
KDE Plasma — KDE tərəfindən əsasən Linux ƏS-i üçün yaradılmış masaüstü mühitidir. KDE Plasma - Fedora KDE, Kubuntu, Manjaro, openSUSE, SteamOS kimi sistemlərdə defolt masasüstü mühiti kimi istifadə olunur.