Kamilə Hüseyn qızı Dadaş-zadə ({{DVTY}} şablonu boşdur ) — Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor. Azərbaycan Milli Konservatoriyasının rektoru[1]
Kamilə Dadaş-zadə | |
---|---|
Elmi dərəcələri | |
Elmi adı | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
2005–2007-ci illərdə və 2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri olub.[2]
Konservatoriyanı bitirdikdən sonra uzun müddət Azərbaycan Aşıqlar Birliyində çalışıb. 2000-ci ildə "Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair" mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalənin, monoqrafiyanın müəllifidir.[3]
2003-cü ildə Avropa İncəsənət Universitetləri Liqası tərəfindən İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq müsabiqədə "Xalq musiqisinin tədqiqi və tədrisində müasir elmi nəzəriyyələrin tətbiqi" adlı məruzə ilə çıxış edıb. Amerika etnomusiqişünası, YUNESKO-nun xalq musiqisi üzrə eksperti Stiven Blumun Universitetə dəvət olunması onun təşəbbüsü ilə həyata keçirilib. O, həmçinin Avropa Şurasının STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycan mədəniyyət siyasəti" məruzəsinin ekspertlərindən və məcmuənin müəlliflərindən biridir.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.[4]