Koropokkuru

Taxtadan düzəldilmiş koropokkuru fiqurları

Koropokkuru (ayn. コロポックル, コㇿポックㇽ koropokkuru, korpokkur) – aynuların mifologiyasında – yerin altında, ya da dəvədabanı, öskürəkotu kimi bitkilərin gövdəsinin altında yaşayan balaca adamlardır. Bitki kamiləri (ruhları, ilahları) sayılırdılar (sözün özü aynu dilində kor/koro – “öskürəkotu”, pok – “altında” və kur/kuru – “adam” sözlərindən formalaşıb).

Aynular inanırdılar ki, yaşadığı torpaqlarda oraya gəlmələrindən öncə məhz koropokkurular yaşayırdı. Onlar yaxşı balıqçı idilər və öskürəkotunun yarpaqlarından düzəldilmiş damı olan quyularda yaşayırdılar. Aynular hesab edirlər ki, indiki zamanda da onların yuvalarına, gildən düzəldilmiş qab-qacaqlarında və daş alətlərinə hardasa rast gəlmək olar.

Qədim zamanlarda koropokkurular insanlarla yaxşı münasibətdə idilər, onlara maral, balıq və başqa şikar göndərir, ticarət edirdilər. Lakin insanların onları görməsini xoşlamırdılar, buna görə də adətən insanlarla bütün işlərini gecə vaxtı edərdilər.

Yapon öskürəkotu

Bir dəfə gənc bir aynu koropokkurunu öz gözləri ilə görmək istəyir və buna görə də, pəncərənin altında pusqu qurur, çünki koropokkurular hədiyələrini həmişə gətirib pəncərənin altına qoyardılar. Koropokkuru yaxınlaşdıqda, oğlan onu tutaraq pəncərədən dartıb evin içinə salır. Oğlan görür ki, qabağında çox gözəl bir qadın koropokkuru durur. Qadın o qədər qəzəblənir ki, bir də heç kim onun xalqını bir də görmür.

Koropokkuru fiquru

Belə bir fərziyyə ortaya qoyulur ki, koropokkuru haqda miflər aynulardan öncə Hokkaydo və Saxalində həqiqətən mövcud olmuş neolitik bir qövmlə bağlıdır[1]. Ehtimal edilir ki, bu qövm Homo florensis, başqa adla “hobbit” insan növünə aid olub və dövrlərinin sonlarında aynularla təmasda olublar. Buna sübut kimi – aynularınkından fərqli olan qazma evlərdulusçuluq məhsulları göstərilir[2].

  • Васильевский Р. С. По следам древних культур Хоккайдо. — Новосибирск: Наука, Сибирское отделение, 1981. — 176 с.: ил. — Серия «Страны и народы».
  • Невский Н. А. Айнский фольклор. — М.: Наука, Главная редакция восточной литературы, 1972. — 176 с.
  • Спеваковский А. Б. Духи, оборотни, демоны, божества айнов. — М.: Наука, Главное издательство восточной литературы, 1988. — 206 с.
  1. neolitica.ru. "К истории вопроса о цорпок-куру. Связи культуры айну с культурой Дзёмон". 2010-05-25. 2011-04-30 tarixində arxivləşdirilib.
  2. Brent Swancer. "The Mysterious Little People of Japan". cryptomundo. 08.06.2010. 2022-07-07 tarixində arxivləşdirilib.