Koyulhisar Döyüşü

Qoyulhisar döyüşü Osmanlılar və Ağqoyunlular arasında 1461-ci ildə baş vermiş müharibədir.[1][2]

Koyulhisar Döyüşü
Ağqoyunlu-Osmanlı müharibələri
Tarix 1461
Yeri Koyulhisar (Türkçə)
Səbəbi Trabzon
Nəticəsi Ağqoyunluların Qələbəsi
Münaqişə tərəfləri

Ağqoyunlu

Osmanlı

Komandan(lar)

Əmir Qasım

Fateh Sultan Mehmed

Tərəflərin qüvvəsi

10.000-15.000

30.000-50.000

Döyüşün səbəbləri

[redaktə | mənbəni redaktə et]

Əmir Qasımın əmrindəki sayıları təxmini 10 min ilə 15 min arasında olan bir Ağqoyunlu ordusu qənimət üçün Osmanlı ordularına hücum üçün hazırlanmıştı. Uzun Həsən bu yolla həm qənimət qazanmaq həm də Fateh Sultanı döyüştən çəkindirmək istəyirdi. Çünki Uzun Həsən Fatehlə döyüşmək istəmirdi, onun tək istəyi Fatehin Trabzondan əl çəkməsi idi. Əgər Trabzonun müstəqilliyi qəti şəkildə bərpa edilsəydi bu Ağqoyunluların Avropa ticarətinə müsbət təsir bağışlayacağdı. Bu döyüşdə bütün Ağqoyunlu əsgərlərinin iştirak etməmə səbəbidə məhz bu idi, döyüşün ola bildiyincə tez, qazanclı bitməsi.

Ağqoyunlu əsgərləri Uzun Həsənin əmri ilə Əmir Qasımın əmri altında Fatehin ordusuna hücum ettilər. Fateh bu döyüşü idarə etsə belə ordularının önəmli hissəsini döyüşə salmadı. Əyər salsaydı Uzun Həsən düzülüşü pozulan Osmanlı Ordusuna birdəfəlik hücum edip qəti bir zəfər qazana bilərdi. Döyüş haqqında çox bilgi olmasa belə kitaplarda Əmir Qasımın cəsarəti ilə bu döyüşün rahatlıqla qazanıldığı keçir.[3]

Döyüşdən sonra

[redaktə | mənbəni redaktə et]

Döyüşdən sonra Əmir Qasım 3000 nəfəri ilə dincəlmək üçün geri qayıdır. Qalan ordunu isə qənimətləri və əsirləri Uzun Həsənə aparması üçün göndərir. Gecə düşdüyü zaman Osmanlı Əsgərləri 10 minlik bir ordu ilə qəfil hücum edir. Bu döyüşüdə Əmir Qasım zəkası və cəsarəti ilə qazanır.(Ətraflı məlumat üçün Tarmux döyüşü (1461)

  1. Otlukbeli meydan muharebesi, (11 Ağustos 1473) (türk). T.C. Genelkurmay Başkanlığı. 1986. 26. 1461'de Koyulhisar'ı ele geçiren Uzun Hasan , 1462'de ikinci Gürcis- tan Seferi'ne çıkmış ve Gerger Kalesi'ni ele geçirmişti . [ 46 ] Daha sonra 1465'te Dulkadirlilerden Harput'u almıştı. (#first_missing_last)
  2. Fatih Sultan Mehmed (Erdem Yayınları) (türk). Erdem Yayınları. 2020. ISBN 9786052792551, 6052792558. (#first_missing_last)
  3. Muhsin, Behramnejad. Akkoyunlular Karakoyunlular. Kronik Kitap. 101.