Leone Ginzburq (it. Leone Ginzburg) və ya Lev Fedoroviç Ginzburq (rus. Лев Фёдорович Гинзбург; 4 aprel 1909[1][2], Odessa, Xerson quberniyası[2] – 5 fevral 1944[1][2], Roma[2]) — İtaliya redaktoru, yazıçısı, jurnalisti və müəllimi, həmçinin məşhur antifaşist siyasi fəal və Müqavimət hərəkatının qəhrəmanı. O, yazıçı Nataliya Ginzburqun həyat yoldaşı və tarixçi Karlo Ginzburqun atası olmuşdur.
Leone Ginzburq | |
---|---|
rus. Лев Фёдорович Гинзбург | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Leonida Gianturco[3] |
Doğum tarixi | 4 aprel 1909[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 5 fevral 1944[1][2] (35 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | işgəncə[2] |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
4 aprel 1909-cu ildə Odessada yəhudi ailəsində anadan olmuş və valideynləri Fyodor Nikolayeviç (Tanxum Notkoviç) Ginzburq və Vera (Hava-Qolda) Qrilixes ilə birlikdə hələ gənc yaşlarında əvvəlcə Berlinə, sonra isə Turinə köçmüşdür.[5][6] İtaliyada Turin Massimo d'Azel'o orta məktəb gimnaziyasında təhsil almışdır.[7] Bu lisey faşist Benito Mussolini rejiminə qarşı mübarizə aparmış, sonralar müharibədən sonrakı demokratik İtaliyanın formalaşmasında iştirak etmiş bir qrup ziyalı və siyasi fəalı formalaşdırmışdır. Leone Ginzburqun sinif yoldaşları arasında Norberto Bobbio, Pyero Qobetti, Çezare Paveze, Culio Eynaudi, Massimo Mila, Vittorio Foa, Cankarlo Payetta və Feliçe Balbo kimi məşhur şəxsiyyətlər var idi.
1930-cu illərin əvvəllərində Leone Ginzburq Turin Universitetində slavyan dilləri və rus ədəbiyyatından dərs deyirdi. Onun İtaliya cəmiyyətində rus yazıçılarının populyarlığının inkişafına təsir etdiyi güman edilir. Xüsusilə Dostoyevskinin, Puşkinin, Tolstoyun, Çexovun bəzi əsərlərini parlaq klassik tərzdə tərcümə etmişdir. 1933-cü ildə Leone Ginzburq Culio Eynaudi ilə birlikdə "Arnoldo Mondadori Editore" nəşriyyatının əsasını qoymuşdur. 1934-cü faşist rejiminə sədaqət andı içməkdən imtina etdiyi üçün müəllimlik vəzifəsindən azad olunmuşdur.[8]
1934-cü ildə Leone Ginzburq və Sion Seqre Amara da daxil olmaqla digər 14 gənc Turin yəhudisi qondarma "Ponte-Tresa işi"ndə şərik olduqlarına görə həbs edilmişdilər (onlar İsveçrədən keçərək İtaliyaya antifaşist ədəbiyyatı çatdırırdılar), lakin Ginzburq həbs cəzasına məhkum edilməmişdi. 1935-ci ildə Karlo Rossellinin 1929-cu ildə Parisdə qurduğu "Ədalət və azadlıq" hərəkatının İtaliya bölməsinin lideri (Karlo Levi ilə birlikdə) kimi fəaliyyətinə görə yenidən həbs olunmuşdur.[9]
1938-ci ildə Natalia Ginzburq ilə evlənmişdir. Həmin il faşist rejimi antisemit irqi qanunlar qəbul edəndə Leone Ginzburq İtaliya vətəndaşlığından məhrum edilmişdir. 1940-cı ildə Ginzburq ailəsi "confino" (daxili sürgün) kimi tanınan cəzaya məruz qalmışdır. Onlar zorla Abruttsoda ucqar, yoxsul Pttsoli kəndinə aparılmış və 1940–1943-cü illərdə orada qalmışdılar.[10]
Leone Ginzburq bütün sürgün dövründə "Arnoldo Mondadori Editore" nəşriyyatının rəhbəri kimi işini davam etdirməyi bacarmışdı. 1942-ci ildə o, yeraltı Fəaliyyət Partiyasının[11] (demokratik müqavimət partiyası) qurucularından biri olmu. və eyni zamanda müqavimət qəzeti "L'Italia Libera"nın redaktoru olmuşdur.[12]
20 noyabr 1943-cü ildə saxta Leonid Cianturko istifadə edən Leone Ginzburq İtaliya polisi tərəfindən "L'Italia Libera" qəzetinin yeraltı mətbəəsində həbs edilmişdir. O, Recina Çeli həbsxanasının alman bölməsinə aparılmışdır.[10] 5 fevral 1944-cü ildə Leone Ginzburq 34 yaşında işgəncələr nəticəsində həbsxanada vəfat etmişdir.[12]