Qafqaz lomeloziyası (lat. Lomelosia caucasica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin lomeloziya cinsinə aid bitki növü.
Qafqaz lomeloziyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qafqaz lomeloziyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çoxillik bitkidir. Gövdəsi 20-60 (80) sm hündürlükdə, adətən tək, sadə, demək olar ki, çılpaq, çox vaxt yuxarı hissədə xırda tükcüklü, aşağı hissədə az saylı tükcüklüdür. Gövdə ətrafı yarpaqlar tam, uzun saplaqlı, dar lansetvari, lansetvari və ya uzunsov ellipsvari; gövdə yarpaqları oturaq, əsasında tam və ya iridişli və ya lələkvaridir. Başcıqlar tək, iri, çiçəkləmə dövründə diametri 3-8 (10) sm, uzun çiçək saplağındadır. Sarğı yarpaqcıqları lansetvari və ya uzunsovlansetvari, itiləşmiş, sıx qısa tükcüklüdür. Tacı mavi (bəzən ağ) və ya göy, içəridə boztükcüklü, ikidodaqlıdır.
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.