Məhəmmədəli Elxan oğlu İsmayıllı (6 may 1996; Kürdmahmudlu, Füzuli rayonu, Azərbaycan — 26 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri[1], Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş matrosu[2], İkinci Qarabağ müharibəsi şəhidi.
Məhəmmədəli İsmayıllı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kürdmahmudlu, Füzuli rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Dəfn yeri | Kürdmahmudlu, Füzuli rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 20202021 |
Məhəmmədəli İsmayıllı 6 may 1996-cı ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olmuşdur.[1] İdmançı olaraq bir çox çempionatlarda iştirak etmişdir. 2007-ci ildə Bakı şəhərində keçirilən Azərbaycan çempionatında 35 kq çəki dərəcəsində 3-cü yeri, 2007-ci ildə Füzuli rayonunda klublararası açıq çempionatda 40 kq çəki dərəcəsində 1-ci yeri, 2008-ci ildə Bakı şəhər açıq çempionatında 47 kq çəki dərəcəsində 1-ci yeri, 2009-cu ildə Bakı şəhər Səbail rayonunda keçirilən açıq çempionatda 50 kq çəki dərəcəsində 1-ci yeri, 2011-ci ildə Gürcüstan Respublikasının Poti şəhərində keçirilən beynəlxalq turnirdə 65 kq çəki dərəcəsində 1-ci yeri tutmuşdur. Məhəmmədəli İsmayıllı 2011-ci ildə Türkiyənin Antalya şəhərində karate üzrə keçirilən dünya çempionatında 70 kq çəki dərəcəsində 1-ci yerə çıxaraq dünya çempionu olmuşdur.[2] Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Karate Federasiyası tərəfindən fəxri fərmana layiq görülmüşdür. Qara kəmər, 1-ci və 2-ci danla təltif olunmuşdur. 2013-cü ildə Ramil Əkbərov adına Kürdmahmudlu kənd orta məktəbini bitirmişdir.Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mühafizəsində işə qəbul edilmişdir.
Məhəmmədəli İsmayıllı 2016-cü ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Məhəmmədəli İsmayıllıya xidmət müddətində fərqləndiyinə görə "baş matros" rütbəsi verilmişdir. Bir müddət bu sahədə çalışdıqdan sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Məhəmmədəli İsmayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində sürücü olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Məhəmmədəli İsmayıllı 26 oktyabr 2020-ci ildə Füzuli şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı minaya düşərək həlak olmuşdur. 27 oktyabr 2020-ci ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli İsmayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli İsmayıllı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[4]