Məhməd Atıf Atəşdağlı

Mehmet Atıf Atəşdağlı (türk. Mehmet Atıf Ateşdağlı) (d. 1876, Krit - ö. 3 dekabr 1947, İstanbul, Türkiyə) — Türk əsgəri.

Mehmet Atıf Atəşdağlı
türk. Mehmet Atıf Ateşdağlı
Mehmet Atıf Atəşdağlı
Mehmet Atıf Atəşdağlı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Krit
Vəfat tarixi
Vəfat yeri İstanbul, Türkiyə
Vətəndaşlığı Osmanlı İmperiyası
Türkiyə Türkiyə
Atası İsa Nuri Bəy
Hərbi fəaliyyəti
Xidmət illəri 1899-1926
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər Balkan müharibələri
Birinci Dünya müharibəsi
Türkiyə İstiqlaliyyət müharibəsi
Təltifləri "İstiqlaliyyət" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mehmet Atıf Atəşdağlı 1876-cı ildə Kritdə anadan olmuşdur.[1] İsa Nuri Bəyin oğludur.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

18 mart 1896-cı ildə Hərb Akademiyasına qəbul olmuşdur. 13 yanvar 1899-cu ildə hərbi akademiyanı bitirərək "leytenant" rütbəsi almışdır. Həmin gün 5-ci Ordu 29-cu Süvari Alayı 3-cü Bölük Taqım Komandiri vəzifəsinə təyin olunmuşdur.

23 avqust 1904-cü ildə "baş leytenant" rütbəsi almışdır. 29 avqust 1904-cü ildə 30-cu Süvari Alayı 3-cü Bölüyə gətirilmişdir.

12 aprel 1909-cu ildə Şam Hərbi orta məktəb daxiliyyə zabitliyinə təyin edilmişdir. 31 avqust 1910-cu ildə "kapitan" rütbəsi almışdır.

6 dekabr 1911-21 iyul 1912-ci illərdə Hələb Hərbi Orta Məktəb direktorluğu vəzifəsini icra etmişdir. 21 iyul 1912-ci ildə jandarm sinfinə nəql edilmək surətiylə Müntəfiq Jandarm Tabor Komandiri vəzifəsinə gətirilmişdir.

29 iyul 1913-14 avqust 1914-cü illərdə Bağdad Jandarm Komandiri olmuşdur. 26 dekabr 1914-cü ildə ona "qolağası" rütbəsi verilmişdir. 14 avqust 1914-cü ildə Səyyar Jandarm Birliyinə gəlmişdir.

1 fevral 1916-cı ildə Mosulun, həmin ilin 15 martı Nablusun Jandarm Komandiri olmuşdur. 21 sentyabr 1916-cı ildə 6-cı Həcin Süvari Alayı Komandiri olmuşdur. Bu qısa zaman ərzində 19 mart 1916-cı ildə "mayor" rütbəsi almışdır. 8 may 1917-ci ildə Beyrut Jandarm Alayı Komandirliyinə təyin edildi. 3 noyabr 1917-ci ildə son rütbəsi olan "polkovnik-leytenant" rütbəsinə yüksəlmişdir.

1919-cu ildə jandarmlıqdan Quru Qoşunlarına gətirilən Atəşdağlı Əskişəhər Bölgə Komandiri oldu. 9 sentyabr 1919-cu ildə ingilislər tərəfindən tutularaq İstanbula göndərildi və Çanaqqalada həbs edildi. 3 ay sonra İstanbul xaricində olmaq şərtiylə azadlığa çıxdı. 24 dekabr 1919-cu ildə İstanbul Mərkəz Dairəsi İnşaat Komissiyasında çalışdı.

1920-ci ildə Ankaraya qaçdı və o vaxtlar yenicə istifadəyə verilən Jandarm Baş Komandirliyinə gəldi. 6 iyun 1920-ci ildə 3-cü Tümən Komandiri oldu. 18 avqust 1921-ci ildə icazəli olaraq Niğdəyə gəldi. 18 fevral 1923-cü ildə Samsun Ofis Müdiri oldu, lakin, bu vəzifəni qəbul etmədiyindən vəzifədən azad edildi.

1923-1926-cı illərdə Mərsində yaşadı. 27 oktyabr 1926-cı ildə Ankara İstiqlal Məhkəməsinin qərarı ilə təqaüdə çıxdı.

Balkan müharibələrində, Birinci Dünya müharibəsindəTürkiyə İstiqlaliyyət Müharibəsində iştirak etdi. Müharibələrdə göstərdiyi şücaətlərə görə Qırmızı lentli "İstiqlaliyyət" medalı və təqdirnamə ilə mükafatlandırıldı. Mehmet Atıf Atəşdağlı 3 dekabr 1947-ci ildə İstanbulda vəfat etdi.[2]

Medal və təltifləri

[redaktə | mənbəni redaktə et]
  1. Mehmet Atıf Atəşdağlı Arxivləşdirilib 2021-07-15 at the Wayback Machine. (türkcə). ata.msb.gov.tr.
  2. T.R. Baş Qərargah Hərb Tarixi Rəisliyi Nəşriyyatı, Türkiyə İstiqlal Müharibəsinə qatılan tümən və daha üst mövqelərdəki komandirlərin bioqrafiyaları, Baş Qərargah Rəisliyi nəşriyyatı, Ankara 1972, s. 231.