Məmmədsəfa Qəhrəmanov

Məmməd Səfa (25 iyul 1960, Şabran rayonu) — azərbaycanlı teatr və kino aktyoru,[1] Azərbaycan Respublikasının xalq artisti (2018), ADMİU-nun professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi (2023).

Məmməd Səfa
Məmmədsəfa Məmmədəli oğlu Qasımov
Doğum tarixi (63 yaş)
Doğum yeri Dəvəçi rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları Elmar Qasımov, Röya Qasımova
Atası Məmmədəli Qasımov
Anası Zülqeydə Qasımova
Fəaliyyəti aktyor
Təhsili
Teatr YUĞ
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2018 "Sənətkar" medalı Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi "Qızıl Dərviş" mükafatı
IMDb ID2929720
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Üçüncü günün adamı filmindən fraqment.

Məmməd Səfa 25 iyul 1960-cı ildə Şabran rayonunda (keçmiş Dəvəçi) anadan olmuşdur. 1967–1977-ci illərdə Şabran şəhər 2 nömrəli tam orta məktəbində təhsil alıb. 1977–1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan[2] dərs alıb. Buranı fərqlənmə diplomu ilə bitirib. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləmişdir. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstutunun Dram və Kino aktyorluğu fakültəsinə daxil olub. 1980–1984-cü illərdə M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirmişdir. Burada Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" (Şahbaz bəy), Fridrix Şillerin "Qaçaqlar" (Şpigelberq), Stoyan Boyaqiyevin "Avtobus" (ər), Mar Bayciyevin "Duel", Qriqori Qorinin "Herostratı unudun" əsərlərinin tamaşalarında oynayıb.

Vaqif İbrahimoğlu 1988-ci ildə eksperimantal studiya yaradanda Məmməd Səfa da gənclərdən ibarət truppaya daxil olub. Bu kollektivin bazasında 1991- ci ildə "Yuğ" Dövlət teatrı yaradılıb. Həmin ildən indiyə qədər Yuğ Teatrının aktyorudur. Aktyorun yaradıcılıq bioqrafiyasında xeyli mürəkkəb və maraqlı rollar var.

Mədəniyyət və İncəsənət Universitetində bitirdiyi gündən (1984) indiyə kimi işləyir. 1988-ci ildə müəllim, 2002-ci ildə dosent, 2018-ci ildə professor vəzifəsini alıb. Hal-hazırda aktyor sənətindən dərs deyir, "Səhnə Danışığı" kafedrasının müdiridir.

2004-cü ildə Azərbaycanda teatr sənətinin inkişafında fəal iştirakına görə "Qızıl Dərviş" mükafatı verilib. 2009-cu ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2009, 2010, 2011, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[3] 6 may 2015-ci ildə,[4] 6 may 2016-cı ildə,[5] 1 may 2017-ci ildə,[6] 10 may 2019-cu ildə,[7] 7 may 2020-ci ildə,[8] 7 may 2021-ci ildə[9] və 10 may 2022-ci ildə[10] Prezident Mükafatına layiq görülmüşdür. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[11]

10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.[12]

19 fevral 2023-cü ildə "Altın Güneş Ödülleri 2023" mükafatı təltif olunub.[13]

6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[14]

2023-cü ildə Elm və Təhsil Nazirliyinin təsis etdiyi "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.[15]

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.

2024-cü ildə “Teatr... Kino... Aktyor” adlı dərs vəsaiti çap olunub.[16] İxtisas üzrə fənlərin təlim nəticələrinin, aktyor və rejissor hazırlığının nəzəri və praktiki cəhətlərinin mənimsənilməsi, müvafiq bacarıqların qazanılması üçün kitabda lazımi tədris-təlim materialları toplanıb. Burada teatr sənətində nəzəriyyə və təlimlər, Konstantin Stanislavski, Li Strasberq və Vaqif İbrahimoğlu kimi nəzəriyyəçi və rejissorların metod və təcrübəsi təqdim olunur.

“Azərbaycan Dünyası” beynəlxalq dərgisinin və “Dədə Qorqud” Milli Fondunun İdarə Heyətinin 17 Aprel 2024-cü il tarixli qərarı ilə Azərbaycan mədəniyyətinə əvəzsiz töhfələrini bəxş etdiyinə, teatr və kino aləmində ifa etdiyi rolları ilə ürəklərə yol taparaq xalqının məhəbbətini fəth etdiyinə və milli incəsənət aləmində göstərdiyi misilsiz xidmətlərinə görə, Respublikamızın Xalq Artisti, istedadlı kino və teatr aktyoru, Mədəniyyət və İncəsənət Universitetinin  professoru və layiqli şəxsiyyət Məmmədsafa Məmmədəli oğlu Qasımov “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” beynəlxalq dərgisinin birgə layihəsi olan “Vətən Övladı” ictimai ordeni ilə təltif edilmişdir. Orden 29 aprel 2024-cü il saat 11:00 da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Dədə Qorqud” Milli Fondunun prezidenti və “Azərbaycan Dünyası” beynəlxalq dərgisinin baş redaktoru və təsisçisi Eldar İsmayıl tərəfindən təqdim edilib.[17][18]

Evlidir, iki övladı var.

Teatr səhnəsindəki rolları

[redaktə | mənbəni redaktə et]

Və s.

Məmməd Səfa, Dolu filmi kadr arxası.
  1. Pirə qayıdan yol (film, 1994)
  2. Köpək (film, 1994)
  3. Ümid (film, 1995)
  4. Məhbus (film, 1995)
  5. Gizlindəkinin göynərtisi (film, 1995)
  6. Leyli və Məcnun (film, 1996)
  7. Fatehlərin divanı
  8. Ovsunçu (film, 2002)
  9. Cavid ömrü (film, 2007)
  10. Dovşanın ölümü (film, 2008)
  11. Günaydın, mələyim! (film, 2008)
  12. Hökmdarın taleyi (film, 2008)
  13. Sahə (film, 2010)
  14. Tərsinə çevrilən dünya (film, 2011)
  15. Mayak (film, 2012)
  16. Sübhün səfiri (film, 2012)
  17. Dolu (film, 2012)
  18. Üçüncü günün adamı (film, 2017)
  19. “Hilal” filmi (film, 2021)
  20. Köhnə çamadanlar (film, 2022)
  21. Qütb Ulduzu (film, 2023)
  22. Hökm (film, 2023)
  23. Ölümdən Sonrakı Həyat (film, 2023)

Və s.

  1. Səfa, M. "Vaqif İbrahimoğlu kimi ustadım olub": Məmməd Səfa: "Sənət fərdi yanaşmanı, fərdi işi daha çox xoşlayır": [Əməkdar artistlə müsahibə] /müsahibəni apardı Xədicə Qiyas //Türküstan.- 2015.- 7 – 21 noyabr.- S.16.
  2. Gəlin, danışaq. Məmməd Səfa
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  4. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  5. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  8. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  9. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  10. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  11. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  12. "Bakıda Milli Teatr Günü qeyd edilib". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.
  13. ""Altın Güneş Ödülleri 2023" mükafatı təqdim edildi - FOTO". Milli.Az (az.). 2023-03-01. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  14. President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
  15. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az. 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  16. "Aktyordan dərs kitabı". www.medeniyyet.az (ingilis). 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.
  17. Mədəniyyət TV. "Xalq artisti Məmməd Səfa təltif olunub" (az.). Youtube.com. 30.04.2024. 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.
  18. "Milli incəsənətin inkişafında xidmətlərinə görə". medeniyyet.az (ingilis). 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]