Mahmud Məmmədov

Mahmud Tağı oğlu Məmmədov (sentyabr 1909, Aşağı Quşçu, Qazax qəzası1964) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1958–1960), Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini, Azərbaycan Politexnik İnstitutunun ilk direktoru (1950–1954).

Mahmud Məmmədov
28 yanvar 1958 – 4 fevral 1960
SədrSadıq Rəhimov
Vəli Axundov
Əvvəlkiİlyas Abdullayev
SonrakıRza Sadıqov
bayraq
Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini
bayraq2
1954 – 1955
NazirHəsən Seyidov
1950 – sentyabr 1954
Əvvəlkivəzifə təsis edilib
SonrakıAbuzər Əliyev
bayraq
Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini
bayraq2
1943 – 1950
Şəxsi məlumatlar
Doğum tarixi sentyabr 1909
Doğum yeri
Vəfat tarixi 1964
Partiya
Elmi fəaliyyəti
Elmi dərəcəsi texnika elmləri namizədi

Təltifləri "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Mahmud Tağı oğlu Məmmədov 1909-cu ildə hazırkı Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. 1924-cü ildə Qazax şəhərindəki pedaqoji texnikuma daxil olmuş, oranı bitirdikdən sonra Pambıqçılıq İnstitutunda oxumuş, 1933-cü ildə institutun mexanikləşdirmə fakültəsini bitirmişdir.[1]

Mahmud Məmmədov əmək fəaliyyətinə 1928-ci ildə başlamış, Tovuzda kəndli gənclər məktəbində, fabrik-zavod şagirdliyi məktəblərində, şoferlər məktəbində dərs demişdir. 1933–1937-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun traktor və avtomobil kafedrasında assistent işləmiş, iki il baş müəllim olmuş və kafedra müdirini əvəz etmiş, institutun fakültə dekanı vəzifəsində çalışmışdır.[1] Texnika elmləri namizədi elmi dərəcəsini almışdır.[2]

1943–1950-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini işləyən Mahmud Məmmədov 1950-ci ildən 1954-cü ilin sentyabr ayına qədər Azərbaycan Politexnik İnstitutunun direktoru olmuşdur. Sonra isə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifəsində çalışmışdır.[1]

1955-ci ilin aprel ayında Mahmud Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təsdiq edilərək iki il yarımdan artıq bu vəzifədə işləmişdir. 1958-ci ilin yanvar ayında isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.[3]

Mahmud Məmmədov 1921-ci ildən Lenin komsomolu, 1942-ci ildən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.[1] Dördüncü çağırış Azərbaycan SSR Ali Sovetinin, beşinci çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

Mahmud Məmmədov 1964-cü ildə vəfat etmişdir.[2]

  1. 1 2 3 4 Маһмуд Тағы оғлу Мәммәдов // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 211.
  2. 1 2 Məmmədov Mahmud Tağı oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 153–154.
  3. Маһмуд Тағы оғлу Мәммәдов // Коммунист. № 52 (10693). 4 март 1958-ҹи ил. С. 3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]