Malakka boğazı

Malakka boğazı (ind. Malakka Madura,malay Selat Melaka) - Malay yarımadasını Sumatra adasından ayırır. Hind okeanına daxil olan Andaman dənizini Sakit okeana daxil olan Cənubi Çin dənizi ilə birləşdirir. Boğazın uzunluğu 930 km, eni isə ən dar yerdə 38 km təşkil edir. Strateji əhəmiyyət baxımından Süveyş kanalıPanama kanalı ilə əhəmiyyətə malikdir. Bu yol Hind okeanıSakit okean arasında olan əsas dəniz yoludur. İl ərzində boğazdan 50,000 gəmi keçir. Onlar müxtəlif ölçülərə malik olsa da, dünya üzrə gəmilərin ¼ təşkil edir. Şərqi Asiya istiqamətində gedən neft daşımaları bu boğaz vastəsi ilə həyata keçirilir. Bu istiqamətindəki, daşımaların böyük qismi Yaponiya,ÇinCənubi Koreyanın üzərinə düşür. İl ərzində boğazdan tankerlər vastəsi ilə 11 milyon barel xam neft daşınır. Bu səbəbdən burada terror və pirat təhlükəsi yüksəkdir. Boğazın ən dayaz yerində dərinlik 25 m təşkil edir. Burada əgər iri tonnajlı gəmi batırılarsa onda boğaz əhəmiyyətini itirər. 2003-ci ildə dünya üzə pirat hücumlarının ¾ hissəsi boğazın üzərinə düşür. Digər təhlükə isə Sumatra adasında mütəmadi baş verən yanğınlar boğazda görmə məsafəsini 200 m qədər azaldır.

Malakka boğazı
ind. Selat Melaka,malay Selat Melaka
Ümumi məlumatlar
Eni minimum 38 km
Uzunluğu 930 km
Ən böyük dərinliyi 113 m
Yerləşməsi
1°26′00″ şm. e. 102°53′00″ ş. u.HGYO
Ölkələr
Akvatoriyası
Ayırır Malay yarımadasını Sumatra adasından
Malakka boğazı xəritədə
Malakka boğazı
Malakka boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alternativ layihə

[redaktə | mənbəni redaktə et]

Tayland hökuməti boğazı əvəzləyəcək və onun yükünü azaldacaq bir layihə hazırlayıblar. Layihəyə görə Kra bərzəxində kanal tikintisi planlaşdırılır. Bu kanal iki okean arasında məsafəni 1000 km azaldar. Bununla belə bu layinə həm ölkəni faktiki ikiyə bölə və ekoloji fəsadlar yarada bilər. Bu layihənin reallaşması yaxın 10 il ərzində demək olar ki mümkünsüzdür. Digər layihə isə neft kəmərinin çəkilişi planlaşdırılır. Bu layihəni Çin və Vaşinqton Tayms maliyəşdirməyi üzərinə götürür.