Mariasell dəmir yolu

Mariasell dəmir yolu (alm. Mariazellerbahn‎) — Aşağı Avstriyanın paytaxtı Sankt-Pölten şəhəri ilə Avstriyanın ən böyük ziyarətçi mərkəzi olan Mariazell şəhərini birləşdirən dar ölçülü dəmir yolu xətti.

Dəmiryolu xətti
Mariasell dəmir yolu
Ölkə  Avstriya
Uzunluğu 91,3 km
Şpalları beton
Sürət 80 km/saat
Vəziyyəti Tam işlək
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2010-cu ilin dekabrından bəri dəmiryolunun sahibi və operatoru Aşağı Avstriya Nəqliyyat Təşkilatıdır (Niederösterreichische Verkehrsorganisationsgesellschaft, NÖVOG).

Mariazell ziyarətgah mərkəzi 19-cu əsrdə Avstriya-Macarıstanın xaricilər tərəfindən ən çox ziyarət edilən yerlərindən biri idi. Burada dəmiryolunun inşası ilə bağlı bir çox fikirlər ortaya atılmışdı. Yalnız Aşağı Avstriyanın Dəmir Yolları haqqında Qanun (Niederösterreichisches Landeseisenbahngesetz von 1895) 1895-ci ildə qəbul edildikdən sonra layihə üzərində iş başladı. Dəmiryolu xəttinin keçdiyi bölgə çətin ərazi olduğundan, dar dəmiryolunun inşa edilməsinə qərar verildi. 1896-cı ildə Aşağı Avstriya Dəmiryol İdarəsində (Niederösterreichische Landeseisenbahnamt) direktor vəzifəsini icra edən Yosef Foqovitsin nəzarəti altında tikinti işləri başladı. 4 iyul 1898-ci ildə yolun ilk hissəsi açıldı. Tikinti 1906-cı ildədək davam etdi. Bu xəttdəki görkəmli mühəndislik əsərlərindən biri olan 2369 metr uzunluğunda Gösingtunnel tuneli Avstriyanın dar ölçülü dəmir yolundakı ən uzun tunel idi. 2 may 1907-ci ildə Mariazelldə sərnişinlərin qatarlarının hərəkətinə başlanılmışdır.

Mariazell Dəmiryolu inşaatçılarının şərəfinə ucaldılmış abidə

Sonradan yolun məhsuldarlığını artırmağın bir neçə variantı nəzərdən keçirildi. O cümlədən ikici xəttin çəkilməsi və daha güclü lokomotivlərin alınması planlaşdırıldı. Dövlət Dəmir Yolları İdarəsinin müvəqqəti direktoru Eduard Enqelmann xəttin bir fazalı alternativ cərəyandan istifadə edərək elektrikləşdirilməsini təklif etdi. Bu təklif inqilabi çevriliş sayılırdı. Çünki əvvəllər bu uzunluğa malik bir dəmir yolu elektrik cərəyanına malik deyildi. O dövrdə yalnız tramvaylarda və kiçik yerli dəmir yollarında elektrik cərəyanları vardı. Şiddətli müqavimətə baxmayaraq, Enqelmann planlarını həyata keçirə bildi. 1906-cı ildə ətraflı palnlamalardan sonra layihə 1907-ci ilin dekabrında təsdiq edildi. 1911-ci ilə qədər dəmir yolunun elektrikləşdirilməsi üzərində iş aparıldı. 2013-cü ilə qədər istifadə olunan ÖBB 1099 seriyalı lokomotivlər istifadəyə verildi. Mariazell dəmiryolunda qurulan elektrik stansiyaları da dağ bölgələrini elektrik enerjisi ilə təmin etmək üçün istifadə edilmiş və sonradan Aşağı Avstriya regional enerji şirkətinin (indi EVN AG) əsasını təşkil etmişdir. Birinci Dünya müharibəsi dövründə çox sayda lokomotiv və vaqon hərbi məqsədlər üçün müvəqqəti olaraq müsadirə edildi. İkinci Dünya müharibəsi dövründə dəmir yolu az zərər gördü. Müharibədən sonra fərqli sahiblərə ötürülərək yenidən quruldu və yeniləndi. 2003-cü ilin payızında Mariazell dəmir yolunun standart ölçülərə keçirmək üçün bir plan hazırlandı, lakin o həyata keçirilmədi. 30 mart - 12 may 2016-cı il tarixlərində dəmir yolu xəttində təmir işləri görüldü. Sankt Pölten - Mariazell xəttinin bağlanması üçün avtobuslardan xidmətindən istifadə edildi.

Hal-hazırda Mariazell Dəmiryolunda İsveçrənin Stadler Rail şirkəti tərəfindən istehsal olunan yeni panoramalı dəmir yol vaqonu olan Himmelstreppedən istifadə olunur[1].

  • Rudolf Elmayer-Vestenbrugg. Denkschrift über die Errichtung der niederösterreichischen Landes-Elektrizitätswerke als Grundstock der NEWAG und über die Elektrifizierung der niederösterreichisch-steirischen Alpenbahn St. Pölten-Mariazell-Gusswerk. NEWAG, 1961.
  • Horst Felsinger, Walter Schober. Die Mariazellerbahn. Verlag Pospischil, Wien 1971, 1973, 1979, 2002.
  • Wolfdieter Hufnagl. Die Niederösterreichischen Landesbahnen. Transpress, Stuttgart 2003, ISBN 3-613-71214-8, S. 146—164.
  1. "Stadler Rail Himmelstreppe EMU for Mariazellerbahn Austria". 2019-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-10.