Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mariya Korazon Aquino (1933-2009) - O, 1986-cı ildə Ferdinand Markosun avtoritar rejimini demokratik rejimlə əvəz edən Xalq Gücü
İnqilabına başçılıq etməsi ilə yaddaşlarda iz buraxdı. 1986-cı ildə “Time” jurnalı onu “İlin Qadını” adlandırdı. O, Filippinin ilk qadın prezidenti oldu. “Time” jurnalı zorakılığa qarşı fədakarlığını nəzərə alaraq onu “Demokratiyanın Müqəddəsi” adlandırmışdı. Filippinlilərin çoxu onu demokratiya ikonası kimi qəbul edir. “Time” jurnalı 1999-cu ildə onu XX yüzilliyin “20 ən nüfuzlu Asiyalı”sı siyahısına daxil etdi. 2002-ci ildə o, Asiyanın lider biznes məktəbi olan Asiya Menecment İnstitutu İdarə Heyətinə təyin olunmuş ilk qadın oldu. 2006-cı ildə isə “Time” jurnalı onu “Asiyanın 65 qəhrəmanı” siyahısına daxil etdi. 1994-cü ildə Kaliforniyada Qeyl Meyer Rolka tərəfindən çap olunan “Dünya tarixini formalaşdıran 100 qadın” kitabına onun da adı salındı. Filippinlilərin “Tita Kori” (Kori Xala) adlandırdıqları bu qadın adını Filippin tarixinə qızıl hərflərlə yazmış Prezident Mariya Korazon Aquinodur. Mariya Korazon (Maria Corazon «Cory» Sumulong Cojuangco Aquino) 1933-cü ilin 25 yanvarında zəngin bir ailədə dünyaya göz açıb. Kori Aquino Xose Kojuanqo və Demetria Sumulonqun 6-cı övladı olan Korazonun həm ata, həm də ana tərəfi zəngin və ünlü ailələr idi. Kojuanqlar iri mülkədarlar, Sumulonqlar isə Filippin Konqresində (hər iki palatada) yüksək səlahiyyətə malik idilər. O da bacıları kimi, öncə Manilada Müqəddəs Sxolastika Kollecində, müharibədən öncə isə alman rahibələri tərəfindən idarə olunan katolik məktəbində təhsil almışdı. Öz bacı-qardaşlarından fərqli olaraq, Korazon çox sadə idi. Bacısı Terenin məktəbli formasını geyinməyi çox sevən balaca Korazonun sevimli fənni riyaziyyat idi. Məktəbi fərqlənmə ilə bitirsə də yaponların Manilanı işğal etməsi nəticəsində təhsilini yarımçıq qoymalı oldu. İkinci Dünya Müharibəsindən sonra isə atası onu bacı və qardaşları ilə birlikdə ABŞ-yə göndərdi. Gənc xanım Mariya Korazon vaxtını Nyu-Yorkdakı və doğma şəhəri Paniqidəki evləri arasında bölüşdürmüşdü. ABŞ-də keçirdiyi yay tətillərində atası onu paytaxt Vaşinqtona və “Kraliça Mariya” gəmisi ilə trans – Atlantik səyahətinə göndərərdi. 1948-53-cü illərdə ABŞ-də təhsil alarkən onda fransız dilinə maraq oyanmışdı. İngilis, taqaloq və kapampanqandan əlavə, o, fransız dilində də mükəmməl danışırdı. ABŞ-də təhsilini başa vuran Mariya Korazan riyaziyyat müəllimi və fransız dili tərcüməçisi kimi vətənə dönür. O, Uzaq Şərq Universitetində hüquq təhsili almağa başlayır. Tale bir gənc xanımı, yəqin heç onun özünün də bilmədiyi (fərqinə varmadığı), daha doğrusu, planlaşdırmadığı yerə, mövqeyə çəkirdi. Yollar qurtarmır, amma dəyişirdi. Yollarla yanaşı (özü də bilmədən!) Zirvəyə yürüyən yolçunun da daxili aləmi dəyişir, zənginləşir, təzə üfüqlərə yön alırdı. Bu gənc qızın həyatı hər ötən ildə yeni-yeni təcəllalara səhnə olacaq, ömür səhifələri yeni mənəvi ünvanlar tapacaqdı. Zəngin bir ailəyə mənsub olan bu gənc qız zənginlik sözünün maddi anlamından daha çox mənəvi anlamına önəm verəcək, yalnız özünün, ailəsinin deyil, bütövlükdə xalqının da mənəvi zənginliyi, tərəqqisi üçün əməli çalışmaları ilə ün qazanacaqdı. Və vaxt gələcəkdi o, mənsub olduğu ölkənin, xalqın və mədəniyyətin beynəlxalq miqyasda təmsilçisi olacaq, milli-mədəni dəyərlərin ümumbəşəri dəyərlərlə uzlaşması üçün özünəməxsus iz salacaqdı. Hələlik isə… onun öz seçimi ilə ailə həyatı qurması ilə həyatının asan illəri də bitmiş olur... <ref>[http://kayzen.az ]</ref>