Milvus melanotis

Qara çalağan (lat. Milvus migrans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycan Respublikasının qırmızı kitabına düşmüşdür.

Qara çalağan
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Qara çalağan
Beynəlxalq elmi adı

Meşədə və hündür qovaq, palıd, tut, qarağac, vələs kimi ağaclar olan bağlarda nəsil verir, yem üçün isə əsasən açıq sahəyə uçur. Azərbaycanda nəsil verən populyasiyası mart ayında gəlir, dekabrda köçüb gedir. Apreldə hündür ağacda (10–20 m) yuva tikir, 2 - 3 ədəd qonur xalları və cizgiləri olan ağ rəngli yumurta verir. Birinci yumurtadan dişi quş kürt düşür, 30 gündən sonra balalar çıxır. Onlar 40 - 42 gün yuvada bəslənilir. Adətən axırıncı bala ölür, 1 - 2 bala pərvazlanır. Çalağanın yem spektri genişdir: meyvə, tərəvəz, cücü, kərtənkələ, ilan, siçan, leş, ərzaq tullantısı və s. Yemini yerdən, sudan və ağacdan götürür. Yem üçün yuvasından 5–6 km uzaqlaşa bilir.

XХ əsrə qədər adi saylı quş olub. ХХ əsrin birinci yarısında dağətəyi seyrək meşələrdə adi saylı, kəndlərdə və bağlarda isə nadir olub. 1970-ci illərdən sonra Кür-Аraz düzənliyində, o cümlədən, Kürqırağı tuqay meşələrində nəsil verməkdən məhrum olub. ХХI əsrin əvvəlində Azərbaycanda nəsil verən populyasiyası 240 quşdan ibarət idi, indi isə 150 quş qalıb. Son 10 ildə 37,5 % azalıb.

Ovlanması qadağandır. Hirkan və Altıağac Milli Parklarında, Turyançay Dövlət Təbiət Qoruğunda, Çuvand Dövlət Təbiət Yasaqlığında nəzarət altında saxlanılır.

  • Falco migrans Boddaert, 1783
  • Milvus affinis
  • Milvus ater
  • Milvus melanotis
Milvus migrans